
TSMC şirkəti Samsung-un Exynos prosessorlarını istehsal etməkdən imtina edib
Elm & Texnologiya
16.01.2025
Emil
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti özünün Exynos prosessorlarının istehsalı mövzusunda Tayvanın TSMC şirkətinin istehsal gücündən istifadə etməyi planlaşdırır. Bu üsul ilə şirkət Intel-in yolu ilə getmək istəyirdi. Lakin ortaya çıxmış məlumata əsasən TSMC şirkəti öz növbəsində bu cür əməkdaşlıqdan imtina edib. İnsayderlərin sözlərinə əsasən Samsung özünün 3 nanometrlik texnoloji istehsalat prosesindəki problemlər səbəbilə bəzi Exynos prosessorlarının istehsalı mövzusunda TSMC şirkətinə müraciət etməyi planlaşdırırdı.
Lakin TSMC bundan imtina edib. Qeyd etmək lazımdır ki, bu mövzu rəsmi şəkildə işıqlandırılmadığı üçün TSMC şirkətinin belə bir əməkdaşlıqdan nəyə görə imtina etməsinin səbəbi tam olaraq aydın deyil. Bununla yanaşı tərəflər arasında bu mövzuda hansısa görüşün keçirilib-keçirilməməsi də dəqiq şəkildə bilinmir. Ola bilsin ki, TSMC öz texnologiyalarını prosessor istehsalı sahəsindəki əsas rəqiblərindən biri olan Samsung-dan gizli saxlamaq istəyib. Beləliklə əgər Samsung öz Exynos prosessorlarının istehsalını davam etdirmək istəyirsə, deməli o öz istehsalat problemlərini aradan qaldırmaq məcburiyyətində qalacaq.
Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
