
TSMC yaxın zamanda 1 nanometrlik prosessorların istehsalı mərhələsi üçün hazırlıqlara start verəcək
Elm & Texnologiya
26.01.2024
Emil
TSMC şirkəti halı hazırda prosessorların 3 nanometrlik texnoloji proses əsasında hazırlanmasını aktiv şəkildə inkişaf etdirir və 2 nanometrlik prosessorların istehsalı mərhələsinə hazırlaşır. Lakin insayderlərin sözlərinə əsasən şirkət yaxın zamanda 1 nanometrlik prosessorların istehsalı mərhələsinin hazırlıqlarına da start verəcək. Şirkət Almaniya və ABŞ da daxil olmaqla digər qərb ölkələrindəki prosessor zavodlarına investisiya yatırır.
Asiya-Sakit okean regionunda mövcud geosiyasi gərginliyə baxmayaraq şirkət üstəlik Tayvanda yüksək texnoloji zavodların inşasını davam etdirir. Məlumata əsasən TSMC Tayvanda 1 nanometrlik prosessorların istehsalı üçün nəzərdə tutulmuş zavodun inşasının planlaşdırılmasına start verib. Şirkət əmindir ki, o, yarımkeçiricilər bazarında inkişaf etməkdə davam edəcək və bu sahədə liderliyini qoruyub saxlayacaq. Məlumata əsasən TSMC Tayvan rəsmilərinə 100 hektar ərazidə zavodun inşası təklifini göndərib. Məlumatda qeyd edilib ki, şirkətin 1 nanometrlik texnologiyaya investisiyası 32 milyard dollar təşkil edir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
