main-post-cover

    Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb (VİDEO)

    Elm & Texnologiya
    12.04.2021
    Farid Pardashunas
        Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb. Bu barədə məlumatı Türkiyənin texnologiyalar və sənaye naziri olan Mustafa Varank öz Twitter hesabında qeyd edib. Məlumata əsasən hibrid raket mühərrikinin testi İstanbula yaxın olan Şile adlı rayonda baş tutub. Növbəti test mərhələsinin isə gələn ay Türkiyənin şimalında yerləşən Sinop adlı rayonunda keçiriləcəyi planlaşdırılır. Bundan əlavə olaraq Sonda adlı raketin mühərrik təchizatı da testdən keçirilib.
        Ankara Aya olacaq missiyanı 2 mərhələdə reallaşdırmağı planlaşdırır. Birinci mərhələ 2023-cü ildə, ikinci mərhələ isə 2028-ci ildə baş tutmalıdır. Birinci mərhələ çərçivəsində pilotsuz kosmik aparat Ay səthinə eniş etməlidir. Bu layihə beynəlxalq şirkətlərlə əməkdaşlıq çərçivəsində reallaşdırılacaq. Qeyd etmək lazımdır ki, 9 fevral tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli kosmik proqramı anons etmişdi. Beləliklə bu proqram çərçivəsində Ankara özünün kosmodromunu yaratmağı, türk vətəndaşını kosmosa göndərməyi, mülki və hərbi ehtiyaclar üçün yeni peyklərin istifadəyə verilməsini planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər