
Türkiyə raketləri sıradan çıxaran silahını uğurla test edib (VİDEO)
Elm & Texnologiya
09.07.2025
Emil
Türkiyənin müdafiə şirkəti Aselsan, infraqırmızı nişanlama sisteminə malik raketlərə qarşı hazırlanmış Yıldırım-100 silah sisteminin sınaqlarını həyata keçirib. İstehsalçının məlumatına görə, hədəflər uğurla məhv edilib. Sınaqlar Yıldırım-100 sisteminin “hava-hava” və “yer-hava” sinfinə aid raketləri aşkar etmək, izləmək və yüksək enerjili lazer şüaları ilə onların istiqamətlənmə başlıqlarını sıradan çıxararaq məhv etmək qabiliyyətini təsdiqləyib. Ucuz portativ zenit-raket komplekslərinin geniş yayılması nəqliyyat təyyarələri, helikopterlər və pilotsuz uçuş aparatları üçün məhv edilmə riskini son dərəcə artırıb. Əksər hallarda bir raket zərbəsi təyyarənin tamamilə məhv olmasına və döyüş tapşırığının uğursuzluqla nəticələnməsinə səbəb ola bilər.
İstifadə olunan ənənəvi müdafiə üsulları, yəni işıq siqnalları müasir istilik nişanlanma sistemli raketlərin meydana çıxması ilə effektivliyini itirib. Növbəti müdafiə xətti kimi isə infraqırmızı istiqamətli təsir sistemləri ön plana çıxır. “Birbaşa infraqırmızı əks tədbir” (DIRCM) sistemi tamamilə avtomatik rejimdə işləyir, 360 dərəcəlik yarımkürəvi əhatə təmin edir və eyni anda bir neçə təhdidi neytrallaşdıra bilir,. Tureldə iki qoşa modul yerləşdirilib: sürətli hədəf izləmə sensoru və yüksək güclü lazer şüa yayıcısı. Ayrı bir elektron idarəetmə bloku həm ultrabənövşəyi, həm də infraqırmızı raket xəbərdarlıq sistemləri ilə əlaqələnərək sinxronlaşdırılmış müdaxilə təmin edir.

Son sınaqlar zamanı sistem yaxınlaşan raketləri müstəqil şəkildə tanıyıb və dəqiq lazer atəşi ilə onların nişanlanma avadanlığını sıradan çıxarıb, nəticədə raketlər hədəfə çatmadan istiqamətdən yayınmağa məcbur olublar. Aselsan Yıldırım-100 sisteminin döyüş tapşırıqlarını yerinə yetirməyə tam hazır olduğunu vurğulayıb. Yıldırım-100 sisteminin konstruktor xüsusiyyəti aşağı texniki xidmət tələbləri ilə fərqlənir. O, az enerji sərfiyyatına, kompakt ölçülərə və yüngül çəkiyə malikdir. Açıq arxitekturaya sahib interfeysi isə NATO-nun standart xəbərdarlıq sistemləri ilə uyğunluq təşkil edir. Bu xüsusiyyətlər sistemi həm yeni, həm də təhlükəli şəraitdə işləyən köhnə model təyyarələr üçün ideal seçimə çevirir.
Mənbə: Interesting Engineering
Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
