
Turoperator şirkəti robotu işə götürdü
Elm & Texnologiya
04.09.2018
Bot
Böyük turoperator şirkətinin İsveç bölməsi robotu işə götürüb.
Technote.az bildirir ki, Pepper adlı yeni əməkdaş ətrafdakı insanları tanıyır və onların emosiyalarına reaksiya verir.
Robot ayaq əvəzinə, kiçikölçülü təkərlərdən ibarət sistemə malikdir.
Sinəsinə informasiyanın göstərilməsi və insanlarla əlaqə yaradılması üçün 10 düymlük planşet quraşdırılıb.
news.rambler.ru saytının məlumatında bildirilir ki, robot nitqi anlayır, onun yaddaşı təxminən 4500 sözdən ibarətdir.
O, danışa, rəqs edə, ünsiyyət saxlaya və sadə tapşırıqları yerinə yetirə bilir.
Şirkətin heyət üzrə direktoru Elke Ellerin sözlərinə görə, hər bir əməkdaş kimi robotun da şəxsi hesabı və gündəlik vəzifələri olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
