
Twitter Elon Musk adı ilə olan istifadəçi hesablarını bloklamağa başlayıb
Elm & Texnologiya
25.07.2018
Emil
Twitter öz istifadəçi adlarını Elon Musk-a dəyişmək istəyən
insanları bloklamağa başlayıb. Belə ki, təsdiqlənməmiş və hansısa telefon nömrəsinə
bağlı olmayan hesabların istifadəçiləri SpaceX və Tesla şirkətlərinin CEO-sunun
adı vasitəsilə mənfəət qazanmaq istəyirlər. Bir neçə müddət bundan öncə bəzi
istifadəçilər Elon Musk adından istifadə edərək digər insanlardan efir
kriptovalyutası istəyirdilər.
Beləliklə bu dələduzluq hadisəsi o qədər məşhurlaşdı
ki, Twitter rəhbərliyi buna son qoymağı qərara verdi. Elon Musk-ın özü də bu
hadisəyə reaksiyasını bildirib. O qeyd edib ki, bu cür dələduzluq sxeminin müəlliflərini
tanımaq istərdi. Bundan əlavə olaraq o bu sxemi kreativ adlandırıb. Qeyd etmək
lazımdır ki, bu cür istifadəçi hesablarının bloklanması Twitter-in yeni
alqoritmi sayəsində sürətli şəkildə baş verir. Lakin bununla belə təsdiqlənmiş
istifadəçi hesabları hələ də özlərinə Elon Musk adını qoya bilərlər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
