
Twitter reklam məqsədləri üçün istifadəçilərin telefon nömrələrindən istifadə edibmiş
Elm & Texnologiya
09.10.2019
Emil
Twitter tərtibatçıları sözügedən sosial şəbəkədə sistem boşluğu aşkar ediblər. Həmin sistem boşluğu vasitəsilə ilə isə reklam agentlikləri istifadəçilərin konfidensial məlumatlarından istifadə edərək onlara targetinq reklamlar göstəriblər. Bu barədə Digger.ru saytı xəbər verib. Twitter Tailored Audiences və Partner Audiences reklam sistemlərindəki kod səhvi öz növbəsində istifadəçilərin elektron poçt ünvanlarından və telefon nömrələrindən istifadə etmək imkanını veribmiş.
Həmin məlumatlardan istifadə edərək reklam agentlikləri istifadəçilərə targetinq reklamlar göstərirmişlər. Twitter isə bu məlumatları təhlükəsizliyin və istifadəçilərin ikifaktorlu autentifikasiyalarının təmin olunması üçün yığıb. Şirkət bildirib ki, o heç zaman istifadəçilərin konfidensial məlumatlarını öz partnyorlarına və digər şəxslərə ötürməyib. Şirkət təmsilçiləri sözügedən problemin hansı sayda istifadəçiyə təsir etdiyini söyləməyib. Lakin sosial şəbəkənin dəstək xidməti bildirib ki, həmin sistem boşluğu artıq aradan qaldırılıb və istifadəçilərin konfidensial məlumatları artıq targetinq reklamlar üçün istifadə olunmur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
