
Tyler və Cameron Winklevoss əkiz qadaşları dünyanın ilk bitcoin milyarderləri oldular
Elm & Texnologiya
04.12.2017
Emil
Tyler və Cameron Winklevoss əkiz qardaşları dünyanın ilk kriptovalyuta milyarderləri oldular.
Bu barədə The Telegraph saytı xəbər
verib. 4 il bundan öncə onlar bitcoinə 11 milyon dollar investisiya
yatırmışdılar. Lakin həmin vaxtdan kriptovalyutanın qiyməti 10.000% qalxmışdır. Öz ilk
investisiyalarına olan vəsaiti isə qardaşlar “Facebook”un yaradıcısı Mark
Zuckerberg ilə olmuş məhkəmə prosesi nəticəsində əldə etmişdilər. Belə ki,
qardaşlar Zuckerberg-i ideyanın oğurlanması ilə ittiham edirdilər. Məlumata əsasən
qardaşlar 4 il bundan öncə bitcoinə 11 milyon dollar investisiya yatırarkən
kriptovalyutanın qiyməti 120$ təşkil edirdi. Həmin vaxtdan bəri onun qiyməti
10.000% artdı və qardaşların sərvəti 1 milyard dollara yüksəldi.

Məlumata əsasən
Satoshi Nakamoto adı altında gizlənən bitcoin yaradıcısı hesaba alınmadığı
halda Winklevoss qardaşları bitcoin sayəsində dünyanın ilk milyarderləri
oldular. Öz ilk investisiyalarını qardaşlar hələ 2008-ci ildə Mark Zuckerberg
ilə məhkəmə prosesi nəticəsində əldə etdikləri vəsait sayəsində etmişdilər. Həmin
vaxtda qardaşlar məşhur sosial şəbəkə yaradıcısını ideyanın oğurlanmasında və
ilk öncə sosial şəbəkə kimi planlaşdırılmış ConnectU saytının kodunun
kopyalanmasında ittiham edirdilər. Nəticədə qardaşlar bütün pretenziyalardan
imtina etdilər və Zuckerberg-dən 65 milyon dollar dəyərində kompensasiya əldə
etdilər.
Bu vəsaitin bir hissəsi isə kriptovalyutaya investisiya kimi
yatırıldı. Bu qardaşlar daha əvvəllər də kriptovalyutalara olan maraqlarını sərgiləyirdilər.
Keçən il Tyler Winklevoss The Telegraph saytına olan müsahibəsində bildirmişdi
ki, yaxın zamanda bitcoinin qiyməti trilyonlarla dollara çatacaq və qeyd
etmişdi ki, bitcoin qızılın təkmilləşdirilmiş versiyasıdır. 2013-cü ildə əkiz
qardaşlar bitcoin ödənişlərin tənzimlənməsi sistemi BitInstant adlı servisə 1.5
milyon dollar investisiya yatırmışdılar. Daha sonra isə onlar kriptovalyuta məzənnələrinin
izlənməsi üçün Winkdex adlı maliyyə indekslərini yaratmışdılar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
