
'Uber' 50 milyon müştəri və 7 milyon sürücünün məlumatlarının oğurlanmasını gizlədib
Elm & Texnologiya
22.11.2017
Emil
“Uber” dünən etiraf edib ki, 2016-cı ilin Oktyabr ayında bütün dünya üzrə 50 milyon müştəri və 7 milyon sürücünün adlarının, ünvanlarının və telefon nömrələrinin oğurlandığını gizlədib.
Şirkət bu hadisəni nizamlayıcı
orqanlardan, istehlakçılardan gizlədib və həmin məlumatların silinməsi üçün
hackerlərə 100.000$ vəsait ödəyib. Bu barədə Bloomberg saytı xəbər verib.
Yaşayış ünvanları və telefon nömrələrindən başqa hackerlər həmçinin 600.000
sürücü vəsiqəsi məlumatlarını da oğurlamışdılar. Nyu York ştatının
prokuraturası bu hadisə üzrə istintaqa start verib. Bu isə öz növbəsində son
zamanlar bir çox problemlərlə qarşılaşan “Uber”in vəziyyətini daha da qəlizləşdirə
bilər.
3 ay bundan öncə şirkətin yeni CEO-su kimi Dara Khosrowshahi seçilmişdi.
O hal hazırda böyük investisiyalar barəsində danışıqlar aparır və şirkətin bir
sıra problemlərini həll etməyə çalışır. “Uber” bildirib ki, bu hadisə səbəbilə
o, təhlükəsizlik xidmətinin rəhbərini və onun müavinini işdən azad edib.
Dara Khosrowshahi
bu hadisə ilə bağlı müştərilərdən üzr istəyib. Şirkətin keçmiş CEO-su Travis
Kalanick sözügedən hadisə barəsində 1 il bundan öncə məlumatlı idi. Öz müştərilərinin
məlumatlarının oğurlanması barədə onlara vaxtında xəbərdarlıq verməyən “Uber”
beləliklə ayrı-ayrı ştatların qanunvericiliyini və istehlakçıların təhlükəsizlik
hüquqlarını pozmuş ola bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
