
Uber Asiyadakı biznesini rəqibi Grab şirkətinə satdı
Elm & Texnologiya
26.03.2018
Emil
Uber şirkəti Cənub-Şərqi Asiyadakı
biznesinin, rəqibi Grab-a satılması üzrə razılığa gəlib. Müqavilə əsnasında Grab
Uber-in nəinki taksi biznesini həmdə yeməklərin daşınması sahəsində fəaliyyət
göstərən UberEats servisini də əldə edəcək. Uber isə öz növbəsində Grab-ın
27.5% səhminə sahib olacaq və Uber-in hal-hazırki CEO-su olan Dara Khosrowshahi
Grab-ın direktorlar şurasına daxil olacaq. Bloomberg-in məlumatına əsasən bu
müqavilənin bağlanmasını hər iki şirkətin investoru olan SoftBank holdinqi tələb
edib.
Səhmdarların fikrincə bu müqavilənin bağlanması nəticəsində hər iki şirkət
gəlirli olmaq yolunda irəliləyəcəklər. Belə ki, hər iki şirkətin biznesi hər il
milyardlarla dollar vəsait itirir. Bundan əlavə olaraq məlumata əsasən Dara Khosrowshahi
Uber-in 2019-cu il üçün planlaşdırılan IPO qabağı şirkətin maliyyə vəziyyətini
düzəltməlidir. Asiya kimi bazarlardan çıxmaq öz növbəsində şirkətin göstəricilərini
yaxşılaşdıracaq. Grab hal-hazırda İndoneziyada, Sinqapurda, Filippinlərdə,
Malayziyada, Taylandda, Vyetnamda, Myanmada və Kambocada fəaliyyət göstərir.
Onu da qeyd etmək lazımdır ki, 2017-ci ildə Uber Rusiya Federasiyasındakı
biznesini Yandex Taxi-yə, 2016-cı ildə isə Çindəki biznesini Didi Chuxing şirkətinə
satmışdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
