main-post-cover

    'Uber' CEO-su Kalanick istefa verdi!

    21.06.2017
    Farid Pardashunas
    "Uber"in bazarda vəziyyətinin pis olması artıq demək olar ki, hər kəsə məlumdur. Bu gedişatın yekun nəticələrindən biri olaraq "Uber"in əsas investorları (5 investor) "Moving Uber Forward" yəni, "Uberi irəliyə aparmaq" adlı bir məktub yazmaqla CEO-nu istefaya çağırdılar. Kalanick saatlarla davam edən müzakirələr və mübahisələr sonunda istefa edərək sözlərinə bunları əlavə etdi: 
    "Uber"i dünyadakı hər şeydən çox sevirəm və şəxsi həyatımın bu çətin anında "Uber"in dağımasını izləmək əvəzinə, investorların çağrısına cavab verib," Uber"in əvvəlki günlərinə dönməsi üçün bu addımı atıram."
    Bəzi mənbələrdə yer alan məlumatalara əsasən Kalanick, idarə heyyətində hələ də yerini saxlayacaq. Hələ bu vəziyyət yaşanmamış keçən həftə Kalanick, ailə problemlərini ön plana çəkərək müddətsiz məzuniyyət götürdüyünü işçilərinə yazdığı bir məktubda elan etmişdi. 
    An etibarilə "Uber"in kassasında 11 milyard dollar yer alır və şirkətin dəyərləndirməsi nə az nə çox 70 milyard dollardır. Son 1 ildə yaşanan daxili və xarici problemlər son olaraq mədəni formada CEO-nun qovulması ilə nəticələndi. Hal hazırda isə gözlər Silikon Vadisində - bu hadisələrin necə cərəyan edəcəyindədir. Ümid edir ki, bir gün Travis Kalanick, eyni Steve Jobs kimi öz sevimli postuna qayıdacaq. Ancaq "Uber"in indiki vəziyyətini nəzərə alsaq, bu elə də asan olmayacaq kimi görünür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər