'Uber' dəfələrlə polis yoxlanışı səbəbilə digər ofislərindəki kompüterləri uzaqdan blocklayırmış

'Uber' dəfələrlə polis yoxlanışı səbəbilə digər ofislərindəki kompüterləri uzaqdan blocklayırmış

Texnologiya
12.01.2018 PAYLAŞIM

Digər ölkələrdəki ofislərdə polis axtarışı zamanı ordakı kompüterləri uzaqdan block etməyə imkan verən xüsusi tətbiqdən “Uber” şirkəti minimum 24 dəfə istifadə edib.

Bu barədə Bloomberg saytı hadisə ilə yaxından tanış olan 3 anonim insana istinadən bildirib. “Uber”in özündə həmin tətbiqi Ripley adlandırıblar. Anonim şəxslərin verdikləri məlumata əsasən polis axtarışları zamanı kimsə şirkətin San Fransiskodakı baş ofisinə zəng edirdi. Daha sonra baş ofisdəki şəxslər operativ olaraq sözügedən tətbiqi işə salaraq axtarışın getdiyi ofisdəki kompüter və smartfonlara girişi blocklayırdılar. Bu səbəbdən polislər heç bir məlumat əldə etmədən əliboş geri qayıdırdılar.

Bu cür təcili düymələr bir çox şirkətlərdə var. Lakin həmin şirkətlər ondan “Uber” kimi mütəmadi istifadə etmirlər. Məlumata əsasən Ripley tətbiqindən 2015-ci ilin yaz fəslindən 2016-cı ilin sonunadək mütəmadi istifadə edilib. Bu tətbiqdən istifadə hallarından biri də 2015-ci ilin May ayında olmuşdu. Şirkətin Kvebek şəhərindəki (Kaliforniya) ofisinə 10 nəfər polis əməkdaşı gəlmişdi. Lakin onlar da heç bir məlumat almadan əliboş qayıtmışdılar. Anonim şəxslər həmçinin qeyd ediblər ki, tətbiqin son versiyası seçilmiş məlumatların polis əməkdaşları kimi insanlara verilməsi funksiyasını özündə birləşdirir. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..


Porsche Design Acer Book RS | Video İcmal

Porsche Design Company və Acer-in birlikdə ərsəyə gətirdiyi biznes notebook. Premium seqmenti hədəfl..


Smartfonda göz yorğunluğunu azaltmaq üçün 5 üsul

Texnologiya həyatımızın böyük bir hissəsində özünəməxsus bir yer tutur. Bu səbəbdən saatlarla telefo..


Apple bütün əsas məhsullarına Face ID texnologiyasını əlavə edəcək

Bloomberg saytının jurnalisti Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz əsas məhsullarının ha..


Tədqiqatçılar elektromobillərin həqiqətən də ekoloji təmiz olub-olmadıqlarını yo..

Tədqiqatçılar benzinlə çalışan avtomobillər ilə müqayisədə elektrikli avtomobillərin həqiqətən də ek..

×