
“Uber” şirkətinin investorlar qrupu, Travis Kalanick-i məhkəməyə vermiş “Benchmark Capital” şirkətinin, direktorlar şurasından çıxmasını tələb edib.
Məlumata əsasən bu barədə məktub, elektron poçt vasitəsilə digər investor və şirkətin direktorlar şurasının üzvlərinə göndərilib. Həmin məktubu, “Sherpa Capital” şirkətinin əməkdaşı Shervin Pishevar, “Yicaipa Cos” və “Maverick” şirkətinin nümayəndələri imzalayıblar. Məktubda səhmdarlar qeyd ediblər ki, onlar “Benchmark Capital” şirkəti tərəfindən qaldırılmış şübhəli etik ittiham barəsində narahatdırlar. Onlar həmçinin qeyd ediblər ki, bu cür hal, şirkətin dəyərini yüksəltmək əvəzinə onu aşağı salır və Kalanick-i, yalan ittihamlara görə məhkəməyə vermiş “Benchmark Capital” şirkətini tənqid edib. Məktubda qeyd edilib ki, məhz “Benchmark Capital” şirkəti, Kalanick-ə irimiqyaslı qalmaqal məsələsi ilə hədə-qorxu gəldiyi üçün Kalanick, İyul ayında şirkətdən getdi.
Şirkət təmsilçilərinin
fikrincə Kalanick-ə qarşı qaldırılmış məhkəmə ittihamı, şirkətin nüfuzuna zərər
yetirə, yeni investorların cəlb olunmasına və yeni CEO namizədinin tapılmasına
mane ola bilər. “Benchmark Capital-ın, Uber-ə etdiyi 27 milyon dollar
investisiyanın dəyəri hal hazırda 8.4 milyard dollardır və siz, şirkətin dəyərinin
yüksəlməsi üçün çalışmış təsisçini, şirkət əməkdaşlarını və şirkətin özünü məhkəməyə
verirsiniz. Biz sizi həmin şirkət əməkdaşlarının həyatları barəsində düşünməyi
və onlara bu şirkəti inkişaf etdirmək imkanını vermək barəsində düşünməyə
çağırırıq.Sizin etdiyiniz isə tamamilə əks effekt yaradır” – deyə məktubda qeyd
olunub. Səhmdarlar, “Benchmark Capital” şirkətindən qaldıqdığı ittihamı geri çəkməyi,
direktorlar şurasından öz nümayəndəsinin çıxarılmasını və 75% Uber səhmlərindən
yaxa qurtarmağı tələb edir. Bu miqdarda səhmdən geri çəkilmə, həmin şirkətin
yenidən direktorlar şurasına öz nümayəndəsini təyin etmək imkanını ləğv etmək
üçün kifayət edir.
Şərh yoxdur