
'Uber'dən Travis Kalanick-ə sərt mesaj: 'Travis, şirkətə geri qayıtmayacaq'
Elm & Texnologiya
08.08.2017
Emil
“Uber”in təsisçisi və keçmiş CEO-su Travis Kalanick, şirkətə geri qayıtmayacaq.
Bu barədə şirkətin həmtəsisçisi və direktorlar şurasının
üzvü Garrett Camp bildirib. Camp, şirkət əməkdaşlarına məktub göndərib. Həmin məktubda
isə Kalanick-in şirkətə qayıtması haqqında KİV-də yayılmış şaiyələrin əsassız
olduğunu bildirib. “Bizim inkişafımızın yeni mərhələsi üçün yeni başçının və
liderin vaxtı gəlib çatıb. Xəbərlərdə gördüyünüz məlumatlara baxmayaraq Travis,
şirkətin baş direktor vəzifəsinə geri qayıtmayacaq” – deyə Camp öz məktubunda
qeyd edib. Bundan əlavə olaraq məktubda qeyd olunub ki, şirkət hələki Travis-in
yerinə gələcək şəxsin axtarışında deyil. Lakin şirkətin yeni baş direktoru,
dünya səviyyəli bir CEO olmalıdır. Məlumata əsasən şirkət artıq Kalanick-in
yerini əvəz edəcək 4 namizədi seçib. Bu namizədlərin seçilməsində hətta
Kalanick özü də iştirak edib. Lakin namizədlərin adları hələki açıqlanmır. Qeyd
etmək lazımdır ki, 21 İyun tarixində Kalanick, şirkətin 5 böyük səhmdarının təzyiqi
nəticəsində şirkətdən getməli oldu. Onun getməsinin əsas səbəblərindən biri isə şirkətin
son vaxtlarda müxtəlif münaqişələrdə adının hallanması oldu.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
