
'Uber'ə, 'Tesla' ilə birləşmək təklifi edilib
Elm & Texnologiya
22.08.2017
Emil
“Uber”in investorlarından biri olan Jason Calacanis, şirkətin, elektromobil istehsalçısı “Tesla” ilə birləşməsini təklif edib.
Onun fikrincə əgər bu iki şirkət birləşsə, onlar nəqliyyat
sahəsində yerdə qalan digər şirkətləri geridə qoyacaqlar. Jason Calacanis-in
fikrincə Elon Musk-ın şirkəti, “Uber”in
ehtiyac duyduğu pilotsuz texnologiyaları verəcək. “Tesla” isə öz növbəsində
bazarda genişlənməni əldə edəcək. Lakin bu cür ideyanın reallaşması ehtimalı
çox azdır və burda bir neçə faktor nəzərə alınmır. Belə ki, “Uber” ilə “Tesla”nın,
pilotsuz texnologiyalara baxışları tamamilə fərqlidir. Bundan əlavə olaraq hər
il rübündə gəlir gətirmədən milyonlarla dollar zərərə gedən iki şirkətin birləşməsi
də çətin məsələdir. Jason-un bu təklifi onu göstərir ki, “Uber” hal hazırda
professional və öz işini bilən liderə ehtiyac duyur. Bu baxımdan “Uber”in
investorları narahat hissi keçirdirlər. Bu vaxt ərzində isə Elon Musk, KİV-in
(Kütləvi İnformasiya Vasitəsiləri) ön səhifələrindən enmək bilmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
