
'Uber'in ABŞ-dakı rəqibi 'Lyft', özünün pilotsuz avtomobillər şöbəsini yaradır
Elm & Texnologiya
21.07.2017
Emil
ABŞ-ın taksi sifarişi servisi Lyft, pilotsuz avtomobillər üçün texnologiyalar hazırlayacaq şöbəsinin istifadəyə verildiyini bildirdi.
"Lyft", açıq platforma üzərində çalışacaq. Həmin platforma çərçivəsində
isə taksi servisi, avtomobil istehsalçıları, developerlər və digər tərəfdaşlara
pilotsuz avtomobillər sahəsində özəl avtomobiilər şəbəkəsini təqdim edəcək. "Lyft"in strategiya üzrə direktoru Raj Kapoor, öz müsahibəsində qeyd edib ki,
söhbət təkcə kənar şirkətlərin cəlb olunmasından deyil, həmdə software ilə hardware-ni birləşdirəcək özəl texnoloji platformanın yaradılmasından gedir. "Lyft" brendi adı altında şəxsi avtomobillərin istehsalından söhbət getmir. Şirkət
bu sahədə öz rəqibi “Uber” kimi çalışmağı planlaşdırır. Yəni, avtomobil
istehsalçılarının avtomobillərindən istifadə edərək onlara öz texnologiyalarını
təqdim etmək planlaşdırılır. “Lyft” həmçinin adi avtomobilləri, pilotsuz
avtomobillərə çevirəcək xüsusi cihazların istehsalı ehtimalının da olduğunu
bildirib. Yeni şöbənin istifadəyə verilməsi üçün “Lyft” bu ilin sonuna kimi yüzlərlə mütəxəssis
cəlb etməyi və Palo-Altoda laboratoriya ilə test meydançalarına sahib xüsusi
ofis tutmağı planlaşdırır. Bunun üçün şirkət artıq 4645 kvadrat metr sahəli
xüsusi yeri icarəyə götürüb. “Lyft”in sözlərinə əsasən həmin yer, “Level 5” adlanacaq.
Bir neçə müddət bundan öncə isə “Lyft” bu sahə üzrə “General Motors”, “Alphabet”
holdinqinin tərkibində olan Nutonomy startapı və “Waymo” şirkəti ilə əməkdaşlıq
əldə etmişdi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
