
'Uber'in CEO-su Travis Kalanick, bilinməyən müddətə kimi şirkətdən ayrıldı
Elm & Texnologiya
13.06.2017
Orxan
“Uber”in CEO-su, bilinməyən müddətə kimi məzuniyyətə yollandı.
Məşhur taksi servisi Uber-in təsisçisi və CEO-su Travis Kalanick, bilinməyən müddətə kimi məzuniyyətə yollanıb. O bu barədə şirkət işçilərinə yolladığı məktubda qeyd edib. Məktubunda Travis qeyd edib ki, o öz anasının vəfatı səbəbilə bir qədər dincəlməlidir. Bundan əlavə olaraq o, şirkət ilə son vaxtlarda baş vermiş bütün uğursuzluqların məsuliyyətini daşıdığını və öz liderlik xüsusiyyətlərini təkmilləşdirəcəyini etiraf edib. Qeyd etmək lazımdır ki, 1 həftə bundan öncə “Uber”, 708 milyon dollarlıq rüb itkisini elan etmişdi . Təsis edildiyi 2008-ci ildən bu günə kimi şirkət ümumilikdə 15 milyard dollar investisiya cəlb edib. Həmin vəsaitdən isə 7.2 milyard dollar qalıb. Belə ki, şirkətin fəaliyyət göstərməsi üçün külli miqdarda vəsaitin xərclənməsi lazımdır. May ayının sonunda Kalanick-in ailəsi qayıqla səyahət zamanı qəza keçirtmişdi. Həmin qəza zamanı Travis Kalanick-in anası vəfat etmişdi. Onun atası isə ciddi travmalar səbəbilə xəstəxanaya yerləşdirilmişdi. Qeyd etmək lazımdır ki, son vaxtlarda “Uber”i bir çox uğursuzluqlar izləyir. Bir sıra ölkələrdə sözügedən taksi xidmətinə qoyulmuş qadağa, şirkət daxili qadın işçilərin diskriminasiyası münaqişəsi və s.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
