
“Uber”in direktorlar şurası, şirkətin CEO vəzifəsinə yeni şəxsi təyin edib.
Bu, Expedia adlı online turoperatorunun keçmiş CEO-su Dara Khosrowshahi-dir. Bu xəbəri The New York Times, öz mənbələrinə istinadən bildirib. Məlumata əsasən direktorlar şurasının iclası, bazar gününün axşamı sona çatıb. “Uber”in yeni CEO-su vəzifəsinə namizəd siyahısında həmçinin “General Electric” şirkətinin keçmiş CEO-su Jeffrey Immelt və “Hewlett Packard” şirkətinin CEO-su Meg Whitman da var idi. Qeyd etmək lazımdır ki, daha əvvəl “Uber”i, onun təsisçisi Travis Kalanick idarə edirdi. O, investorların qərarı ilə 21 İyun tarixində öz vəzifəsini tərk etmişdi. Buna səbəb isə şirkətin bir çox münaqişələrdə adının çəkilməsi idi.
Şərh yoxdur