main-post-cover

    Uber'in keçmiş CEO'su Travis Kalanick Uber işçilərini öz yeni layihəsinə cəlb edir

    15.02.2019
    Emil Nəcəfov
        Uber şirkətinin keçmiş CEO-su Travis Kalanick-in CloudKitchens adlı yeni layihəsi yalnız yemək çatdırılması ilə məşğul olan restoranlar üçün məkanın inşası və təchizatı ilə məşğul olur. Şirkət həmçinin bu cür restoranların iş prosesi üçün proqram təminatının hazırlanması ilə də məşğul olur. Bu barədə Financial Times saytı xəbər verib. Kalanick sözügedən şirkətdə idarəetməni keçən ilin mart ayında 150 milyon dollara almışdı.
        Məlumata əsasən Kalanick öz yeni layihəsi üçün Uber şirkətinin işçilərini və ilk növbədə Uber-in ilk əməkdaşlarını cəlb edir. Bununla yanaşı o, yeni əməkdaşlara yeni iş yerinin LinkedIn və digər saytlarda qeyd olunmasını qadağan edir. O həmçinin öz layihəsi üçün Asiyadan və Londondan əməkdaşlar da axtarır. Sözügedən layihə yaxın zamanda Avropa bazarında istifadəyə verilə bilər.
        Financial Times qeyd edib ki, Kalanick UberEats adlı yemək daşıma servisinin inkişafının pik nöqtəsi zamanı Uber-də çalışırdı. Bu səbəbdən o, yemək çatdırılması ilə məşğul olmağı planlaşdıran kiçik restoranlara yardımçı ola bilər. CloudKitchens həmçinin bəyan edir ki, o, restoran sahiblərinin özbaşına bütün bu işləri görmək ilə müqayisədə restoranlara, icarəyə və proqram təminatının hazırlanmasına daha az pul xərcləmək imkanını verir. Qeyd etmək lazımdır ki, Kalanick bir sıra qalmaqalların nəticəsində 2017-ci ilin ortasında Uber şirkətindən ayrılmışdı.
    Linki kopyala