Logo
    main-post-cover

    'Uber' öz pilotsuz avtomobillərini yaratmaq üçün 'Volvo'dan çoxlu sayda avtomobil aldı

    Elm & Texnologiya
    20.11.2017
    Emil
    Taksi sifarişi servisi olan “Uber” “Volvo” avtomobil şirkətindən pilotsuz avtomobil texnologiyaları ilə uyğunlaşacaq çoxlu sayda avtomobilin alınması barədə müqavilə imzalayıb.
    Bu barədə “Volvo” şirkətinin özü xəbər verib. Sözügedən müqavilə 2016-cı ilin Avqust ayından hər iki şirkət arasında başlamış əməkdaşlıq çərçivəsində bağlanıb. “Uber” sözügedən avtomobilləri 2019-2021-ci illərdə əldə edəcək. Müqavilənin qiyməti barəsində isə heç bir məlumat yoxdur. Ümumilikdə “Volvo” “Uber”ə 24.000 ədəd XC90 modeli off-road avtomobil təqdim etməlidir. Hal hazırda bu model avtomobilin standart qiyməti 50.000$ təşkil edir.
    Beləliklə əgər “Volvo” endirim etməsə, onda müqavilənin bütöv qiyməti 1.2 milyard dollar təşkil edə bilər. Aşağıda gördüyünüz fotoda 2016-cı ildən bəri test edilən pilotsuz texnologiyaları özündə birləşdirən Volvo XC90 modeli əks olunub.  “Volvo”nun verdiyi məlumata əsasən sözügedən avtomobillər “Uber”in pilotsuz baza texnologiyaları ilə təchiz ediləcək.
    “Uber” isə öz növbəsində bildirib ki, bu müqavilə sayəsində o, kütləvi pilotsuz avtomobil istehsalatına daha da yaxınlaşacaq. Qeyd etmək lazımdır ki, “Uber” 2016-cı ilin ortalarından başlayaraq Volvo modeli avtomobillər sayəsində ABŞ-ın bir sıra şəhərlərində pilotsuz texnologiyaları test edir.

    Paylaş
    Bənzər xəbərlər