'Uber' şirkəti, onu hack etmiş 20 yaşlı hackerə 100.000$ ödəyib

'Uber' şirkəti, onu hack etmiş 20 yaşlı hackerə 100.000$ ödəyib

Texnologiya
08.12.2017 PAYLAŞIM

Hələ keçən ay “Uber” şirkəti 2016-cı ildə baş vermiş böyük kiberhücum nəticəsində 57 milyon istifadəçinin məlumatlarının oğurlanmasını etiraf etmişdi.

Şirkət bu hadisə barəsində təfərrüatlar verməsə də, Reuters saytının jurnalistləri hadisə ilə bağlı bəzi məlumatları əldə etməyi bacarıblar. Məlumata əsasən keçən il “Uber” kimliyi bilinməyən bir şəxsdən anonim ismarıc almışdı. Həmin ismarıcda kimliyi bilinməyən şəxs oğurlanmış məlumatlar qarşılığında pul tələb edirdi. Şirkət isə öz növbəsində həmin şəxsin kimliyinin müəyyən edilməsi və bu barədə məlumat verilməməsi şərti ilə 100.000$ ödəməyə razılıq vermişdi.

Nəticədə məlum olub ki, həmin hacker Floridada yaşayan 20 yaşlı gənc imiş. O, anası ilə birlikdə kiçik evdə yaşamış və beləliklə hesabların ödənilməsində anasına kömək etmək istəyib. Uğurlu kiberhücumu reallaşdırmaq üçün 20 yaşlı gənc GitHub-dakı lazımi kodu əldə etmək üçün kimliyi bilinməyən digər bir şəxsə pul ödəmişdi. Oğurlanmış məlumatların həqiqətən də məhv olmasına əmin olmaq üçün “Uber” hackerin kompüterini detallı şəkildə incələyib.


Maraqlısı isə ondadır ki, şirkət həmin məbləği hackerə bug bounty proqramı çərçivəsində ödəyib. Bu proqram çərçivəsində isə təhlükəsizlik üzrə mütəxəssislər hansısa servisin sistemində boşluqlar aşkar etdikləri üçün pul mükafatı alırlar və bu mükafat adətən 5-10 min dollar civarında olur. Lakin 100.000$ dəyərində olan tranzaksiya bu ödənişləri emal edən HackerOne platformasında tarixi rekorda imza atıb. Məlumata əsasən “Uber”in keçmiş CEO-su Travis Kalanick kiberhücum və pul ödənişi hadisəsi ilə bağlı məlumatlı idi. Lakin hər halda bu hadisəni gizlətmək lazım deyildi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


HTC şirkəti Vive Flow adlı yeni avtonom VR cihazı təqdim edib - QİYMƏTİ

HTC şirkəti Vive Flow adlı yeni avtonom VR (virtual reallıq) cihazı təqdim edib.


Apple bədən temperaturunu ölçə biləcək yeni nəsil AirPods üzərində çalışır..

The Wall Street Journal-ın verdiyi məlumata əsasən Apple şirkəti yeni model naqilsiz qulaqlıqlar üzə..


İnsayderlər: Apple özünün Nintendo Switch analoqu üzərində çalışır

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti oyun sənayesinə daxil olmağa hazırlaşır...


Blue Origin şirkəti yeni kosmik turistlərin iştirakı ilə növbəti uçuş missiyasın..

Jeff Bezos-un Blue Origin şirkəti New Shepard adlı suborbital kosmik gəmisinin 5-ci uğurlu uçuş miss..


Steve Wozniak-ın Privateer Space adlı kosmik şirkətinin nə ilə məşğul olacağı mə..

Apple şirkətinin yaradıcılarından biri olan Steve Wozniak sentyabr ayında Privateer Space adlı kosmi..


Apple şirkəti yeni təqdimat tədbirini elan edib

Yeni təqdimat tədbiri “Unleashed” sloqanı altında keçiriləcək.

×