Uber şirkəti pilotsuz yük maşınlarının istehsalı ideyasından imtina etdi

Uber şirkəti pilotsuz yük maşınlarının istehsalı ideyasından imtina etdi

Texnologiya
31.07.2018 PAYLAŞIM

    Taksi sifarişləri üzrə fəaliyyət göstərən məşhur Uber şirkəti avtopilot sistemli yük maşınlarının istehsalı ideyasından imtina edib. Bunun yerinə şirkət öz diqqətini adi pilotsuz yüngül maşınlara ayıracaq. Qeyd etmək lazımdır ki, şirkət pilotsuz yük maşınlarının yaradılmasına 2016-cı ilin yay fəslində start vermişdi. Bunun üçün o, Otto startapını almışdı.

    Qeyd etmək lazımdır ki, Otto startapının təsisçisi Alphabet holdinqinin tərkibində fəaliyyət göstərən Waymo startapının mühəndisi Anthony Levandowski idi. Bir sıra kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən Waymo startapının pilotsuz yük maşınları hazırlaması prosesinin dayandırılması üçün Uber ona 245 milyon dollar vəsait ödəmişdi. Uber tərəfindən olan pilotsuz avtomobillər və yük maşınlarının testləri Kaliforniya və Arizonada aparılırdı.

Bənzər xəbər


    Bu ilin yaz fəslində Uber şirkəti pilotsuz avtomobillərin testlərini dayandırmalı oldu. Belə ki, şirkətin pilotsuz avtomobillərindən biri yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdu və həmin hadisədə bir nəfər şəxs həyatını itirmişdir. Bir neçə müddət bundan öncə isə şirkət pilotsuz avtomobillərin testlərini bərpa etdi. Lakin bu dəfə testlər mütəxəssislərin nəzarəti atında keçirilir. Şirkət söz verib ki, pilotsuz yük maşınları üzərində çalışmış işçilər pilotsuz adi yüngül avtomobillərin hazırlanması prosesinə cəlb olunacaqlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..

×