'Uber' şirkəti Uber Elevate adlı pilotsuz uçan taksini təqdim etdi (VİDEO)

'Uber' şirkəti Uber Elevate adlı pilotsuz uçan taksini təqdim etdi (VİDEO)

Texnologiya
08.11.2017 PAYLAŞIM

İnternetdə Uber Elevate adlı uçan pilotsuz taksi servisinin videosu təqdim olunub.

Bununla yanaşı şirkət bu servisin harda istifadəyə veriləcəyi, onun necə görünəcəyi barəsində məlumat da verib. İlk öncə məlum olub ki, bu servis 2020-ci ildə Los Anceles şəhərində istifadəyə veriləcək. Bir neçə müddət bundan öncə qeyd olunmuşdu ki, test uçuşları Dallasda və Dubayda keçiriləcək. Bundan əlavə olaraq “UberNASA ilə əməkdaşlıq bağlayıb. NASA ilə birlikdə şirkət hava hərəkətinin tənzimlənməsi üzrə tamamilə yeni sistemin yaradılması və onda pilotsuz uçuş aparatlarının iştirakı üzərində çalışacaq.



Bu nəqliyyat növünün necə çalışacağı haqqında təqdim olunmuş videoda qadın Uber tətbiqi vasitəsilə həmin uçuş aparatı üçün bilet alır və qonşu göydələnin damında yerləşən enmə meydançasına qalxır. Damda onu və digər sərnişinləri “Uber”in uçuş aparatı qarşılayır. Hələki bütün bunlar sadəlövhcəsinə və reklam xarakterli görünür. “Uber” bildirib ki, Los Anceles üzrə adi 1 saat yarımlıq səyahət bu nəqliyyat vasitəsilə 30 dəqiqə zaman aparacaq.


Bununla belə Uber Air-dən istifadə heç də baha olmayacaq. Əslində o, istifadəçinin öz avtomobilinə sahib olmasından qat-qat ucuz olacaq. Güman olunur ki, bu aerotaksi gün ərzində 10.000 uçuş reallaşdıracaq və hər bir uçuşun qiyməti 20$ civarında olacaq. Qeyd etmək laızmdır ki, “Uber”dən başqa pilotsuz uçan taksilər üzərində həmçinin “Boeing” və “Airbus” kimi böyük şirkətlər və kiçik startaplar da məşğul olurlar.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×