main-post-cover

    Uçan avtomobillər üçün qaydalar hazırlanır

    29.08.2018
    Bot Lala
    Yaponiyada uçan avtomobillər üçün qaydalar tərtib edəcək və onları həyata keçirəcək qurum yaradılıb.
    Technote.az bildirir ki,  Airbus, Boeing, Toyota, NEC, Cartivator, ANA Holdings, Japan Airlines və Uber Technologies”daxil olmaqla, 21 şirkət sözügedən quruma üzv olaraq daxil edilib.
    Həmin qurumun ilk iclasının 29 avqust 2018-ci il tarixində keçirilməsi nəzərdə tutulur. 2018-ci ilin iyulunda Yaponiya hökuməti ictimai uçan nəqliyyat vasitələrini aktiv şəkildə inkişaf etdirmək niyyətini açıqlayıb.
    Yaponiyada belə avtomobillərin ilk uçuşları 2020-ci ilə planlaşdırılıb. Uçan avtomobillər ilk növbədə təbii fəlakətlər baş verdikdə, həmçinin yolların sıradan çıxması zamanı yaşayış məntəqələri arasında hərəkət üçün tətbiq ediləcək.
    Yaponiya hökuməti hesab edir ki, uçan avtomobil və aerotaksilərdən istifadə yollarda tıxac problemini həll edəcək və sərnişindaşımanı sürətləndirməyə imkan verəcək.
    Linki kopyala