
Uçan Tesla Roadster? Yeni model Tesla Roadster 10 raket mühərriki ilə təchiz olunacaq
Elm & Texnologiya
11.06.2018
Emil
Tesla şirkətinin təsisçisi Elon
Musk öz Twitter hesabında bildirib ki, yeni Tesla Roadster elektromobilinin
SpaceX şirkəti tərəfindən təqdim olunacaq funksionallıq paketinə 10 kompakt
raket sürətləndiricinin quraşdırılması daxil olacaq. “Yeni Tesla Roadster üçün
SpaceX şirkətinin funksionallıq paketi özündə böyük olmayan 10 raket mühərrikini
birləşdirəcək. Həmin raketlər avtomobilin ətrafında quraşdırılacaq. Sözügedən
raket mühərrikləri avtomobilin maksimal sürətini, tormoz qabiliyyətini və döngələrdə
dönməni daha da yaxşılaşdıracaq” – deyə Musk bildirib. Bununla belə o həmçinin
qeyd edib ki, raket mühərriklərinin sayəsində elektromobil hətta çox güman ki,
uça da biləcək. Qeyd etmək lazımdır ki, yeni model Tesla Roadster keçən ilin
Noyabr ayında təqdim olunmuşdu. Elektromobilin 2020-ci ildə satışa çıxacağı
güman olunur.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
