Ucuz batareyalar Tesla şirkətinin öz rəqibləri üzərində əsl üstünlüyüdür

Ucuz batareyalar Tesla şirkətinin öz rəqibləri üzərində əsl üstünlüyüdür

Texnologiya
13.02.2020 PAYLAŞIM

    Tesla şirkətinin öz rəqibləri üzərində yaratdığı dominantlıq əsasən elektromobillərdə vacib olan ən əsas element ilə təyin edlir. Söhbət, elektromobillər üçün olan batareyalardan gedir. Çox qəliz hesablamalar nəticəsində (istehsalçılar bu məlumatları gizlədirlər) məlum olub ki, Tesla-nın istifadə etdiyi silindrik formalı batareyaların qiymətləri kilovatt saata görə 158$ təşkil edir. Porsche TaycanChevrolet Bolt EV modellərində istifadə olunan yastı batareyaların qiymətləri minimum 25% daha bahadır. BMW-nin elektromobillərində istifadə olunan prizmatik batareyaların qiymətləri isə 40% daha bahadır.

    Tesla-nın rəqibləri üçün olan pis xəbər ondan ibarətdir ki, yaxın 10 il ərzində batareyaların qiymətləri baxımından Tesla-ya çatmaq mümkün olmayacaq. Bu barədə Hightech.plus saytı xəbər verib. Tesla şirkəti elektromobil bazarında lider şirkət olaraq qalır. Lakin yaxın zamanda o, ənənəvi avtomobil istehsalçıları ilə yüksək rəqabətə keçə bilər. Belə ki, öz avtomobillərini elektrikləşdirilmiş sistemə keçirdən şirkətlərin sayı getdikcə artır. Lakin Elon Musk-ın şirkətini geridə qoymaq heç də asan olmayacaq.


    Tesla-nın əsas uğuru təkcə mühəndis və marketinq qərarlarında deyil. Həmçinin şirkətin elektromobillərində istifadə olunan batareyaların nisbətən ucuz olmasındadır. Belə ki, elektromobillərin ən bahalı hissələrindən biri də məhz batareyalardır. Cairn Energy Research Advisiors şirkətinin analitikləri hesablayıblar ki, keçən il Tesla-da istifadə olunan silindrik formalı batareyaların qiymətləri kilovatt saata görə 158$ təşkil edib. Tesla-nın rəqibləri isə digər formalı batareyalardan istifadə edirlər və nəticədə həmin batareyalar daha baha başa gəlir.

    Məsələn Porsche Taycan və Chevrolet Bolt EV modellərində istifadə olunan yastı batareyaların qiymətləri kilovatt saata görə 200$ təşkil edir. BMW-nin elektromobillərində istifadə olunan prizmatik batareyaların qiymətləri isə kilovatt saata görə 253$-dır. Avtomobil istehsalçıları öz modellərində istifadə olunan batareyaların qiymətləri barəsində məlumat vermirlər. Buna görə də Cairn Energy şirkətinin analitikləri həmin qiymətləri qəliz riyazi modellər vasitəsilə təyin ediblər.

    Bundan əlavə olaraq analiz nəticəsində məlum olub ki, 2016-cı ildən bəri elektromobillər üçün olan batareyaların qiymətləri aşağı düşüb. Həmin vaxtda silindrik formalı batareyaların qiymətləri kilovatt saata görə 265$, yastı batareyaların qiymətləri 285$, prizmatik batareyaların qiymətləri isə 320$ təşkil edirdi. Əgər bu trend davam etsə, 2030-cu ilə kimi silindrik batareyaların qiymətləri 98$, yastı batareyaların qiymətləri 137$, prizmatik batareyaların qiymətləri isə 143$ olacaq. Bu üsul ilə düzgün batareya növünün seçimi öz növbəsində Tesla şirkətinin liderliyini 10 ildən sonra da qoruyub saxlayacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Tesla-dan smart saat?: Şirkətin adı smart saat tərtibatçıları siyahısında aşkar ..

Bəzən Tesla brendi altında təkcə elektromobillər deyil həm də digər məhsullar da satışa çıxırlar. Be..


Youtube kanalı OWC 27 düyümlük iMac-ı tamamilə sökdü: Nələr dəyişib?

Youtube kanalı olan OWC Apple-a məxsus olan 27 düyümlük iMac kompüterini tamamilə sökdü. Bəs nələr d..


Bütün yeni prosessorlarda təhlükəli boşluqlar aşkarlandı: Intel, ARM, IBM və AMD..

İntel, ARM, İBM və AMD şirkətlərinə məxsus yeni və müasir prosessorlarda təhlükəli boşluqlar aşkarla..


Huawei şirkətindən Desktop (stolüstü) kompüterlər gəlir

Böyük bazar payına malik olan Huawei şirkətinin sızdırılan məlumatlara görə Desktop kompüterləri gəl..


MediaTek və Intel birgə əməkdaşlıq çərçivəsində noutbuklar üçün 5G modem anons e..

Keçən il MediaTek və Intel şirkətləri noutbuklar üçün nəzərdə tutulmuş 5G modemin yaradılması üzrə ə..


Böyük bir dövrün sonu: Toshiba şirkəti noutbuk istehsalı sahəsindəki fəaliyyətin..

Toshiba şirkəti özünün 35 illik portativ kompüter istehsalçısı karyerasını bitirdiyini rəsmi şəkildə..

×