
Ucuz Xiaomi Mi 6 gəlir
Elm & Texnologiya
13.10.2017
Orxan
Xiaomi-nin onsuz da
ucuz olaraq satışa təqdim etdiyi Mi 6 modelinin daha da ucuz bir modeli çox
yaxında satışa çıxarılacaq kimi görünür. Çünki cihazın 4 GB-lıq RAM modeli
TENAA üzərində özünü göstərdi.
Ötən may ayında satışa təqdim edilən Mi 6 modeli, ucuz qiymətinə
qarşılıq təqdim etdiyi xüsusiyyətlər ilə könülləri fəth etmişdi. TENAA uzərində
ortaya çıxan bir siyahıya görə cihazın daha da ucuz bir versiyası, 4 GB-lıq RAM və 64 GB daxili yaddaş sahəsi ilə
qarşımıza çıxmağa hazırlanır.

Cihazın xaricində və təchizatda bir dəyişiklik olmayacaq. Yəni
5.15 inç Full HD ekran, Qualcomm-dan bir Snapdragon 835 prosessoru və 13
meqapikselli iki kameralı qurğu cihazda mövcud olacaq.
Mi 6-nın bu anda hazırda satışda olan versiyası 6 GB-lıq RAM
və yenə 64 GB daxili yaddaş sahəsi ilə birlikdə təxminən 350 avroluq bir qiymət
etiketinə sahibdir. Bəhsi keçən 4 GB-lıq RAM modeli isə 295 avro civarında
olacağı düşünülür və 11 noyabr tarixində bazarda olacağı deyilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
