Ultrabüdcəli Redmi Go smartfonunun bütün məlumatları ortaya çıxdı

Ultrabüdcəli Redmi Go smartfonunun bütün məlumatları ortaya çıxdı

Texnologiya
25.01.2019 PAYLAŞIM

    Biz artıq bilirik ki, Xiaomi şirkəti Redmi brendi çərçivəsndə artıq təqdim edilmiş Redmi Note 7 smartfonundan başqa iki smartfon modeli üzərində də çalışır. Onlardan biri Redmi Note 7 Pro, digəri isə Redmi Go-dur. İndi isə Redmi Go modeli online mağazalardan birində ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə smartfonun necə görünəcəyi və onun hansı texniki göstəricilərə sahib olacağı barəsində məlumatlar var. Dizayn baxımından bu smartfon 2017-ci ilin cihazlarına bənzəyir.


Bənzər xəbər


    Ekranın ətrafında qalın çərçivələr, arxa paneldə isə bir ədəd kamera yerləşir. Görünür, smartfon barmaq izi skanı texnologiyasına sahib deyil. Digər tərəfdən Redmi Go modeli ultrabüdcəli smartfon modeli olacaq. Buna görə də ondan nəsə təəccübləndirici bir şey gözləməyə ehtiyac yoxdur. Bununla yanaşı Redmi Go smartfonu 16:9 nisbətli 1280x720 piksel keyfiyyətli 5 düym LCD ekran, Snapdragon 425 prosessoru, 1 GB RAM, 8 GB daxili yaddaş həcmi (128 GB-a kimi microSD dəstəyi), 8 MP-lik arxa kamera, 5 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.


    Smartfonun adından da bəllidir ki, o, Android Go əməliyyat sistemi vasitəsilə alışacaq. Lakin əvvəl güman edilir ki, bu, Android 9.0 Pie əməliyyat sisteminin Go Edition versiyası olacaq. İndiki məlumatda isə qeyd edilib ki, söhbət, Android 8.1 Oreo əməliyyat sisteminin Go Edition versiyasından gedir. Çox güman ki, şirkət yaxın bir neçə gün ərzində yeni smrtfonu təqdim edəcək. Məsələn Xiaomi Philippines adlı Facebook səhifəsi sözügedən smartfonu artıq reklam etməyə başlayıb. Redmi Go-nun qiyməti barəsində məlumat yoxdur. Lakin çox güman ki, qiymət göstəricisi 100$-dan aşağı olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×