Un böcəyi sürfələrinin plastik materialı emal edə bildikləri məlum olub
Elm & Texnologiya
15.11.2024
Emil Nəcəfov
Alimlərin sözlərinə əsasən 10 illiklər ərzində plastik materiallardan istifadə planetimizdəki bütün canlılar üçün qaçılmaz nəticələrə səbəb olub. Günümüzdə mikroplastik hissəciklərə Yer kürəsinin hər bir nöqtəsində və hətta canlıların orqanizmlərində də rast gəlinir. İnsanlar bu problemin aradan qaldırılmasına hədəflənmiş vahid strategiyanı hələ formalaşdırmayıblar. Bununla belə mütəxəssislər inanılmaz sayda olan plastik tullantıların təhlükəsiz şəkildə emal edilməsi üsullarını axtarmaqda davam edirlər. Hələ bir neçə müddət bundan öncə güman edilirdi ki, ekosistemdə olan plastik tullantıları qəliz mexanizmlər vasitəsilə aradan qaldırmaq lazım gələcək.
Lakin aydın olub ki, bu mövzuda təbiət də öz üsullarını təklif edə bilər. Alimlərin sözlərinə əsasən un böcəyinin sürfəsi polistirol və plastik əsaslı digər bəzi materiallarla qidalana bilir. Məlumata əsasən un böcəyinə yalnız Afrikada rast gəlinir. Lakin bununla belə bu böcəklər daha sərt iqlim şəraitində mövcud ola bilərlər. Un böcəyinin sürfəsi adətən quşlar və sürünənlər üçün yem kimi istifadə edilir. Mütəxəssislər aparılmış araşdırma sayəsində artıq təsdiqləyiblər ki, bu həşərat plastikin emal olunması tapşırığının öhdəsindən çox yaxşı gəlir. Bu, böcəyin bağırsağında olan bakteriyalar sayəsində mümkün olub.
Bununla belə məlum olub ki, un böcəyinin sürfəsi plastik material ilə qidalanmaqla yanaşı onu yaxşı şəkildə həzm də edir. Polistirol təbiətdə demək olar parçalanmır. O, onilliklər ərzində planetin müxtəlif nöqtələrində yığılaraq qalır. Bu plastik materialdan müxtəlif məhsulların qablaşdırmalarında istifadə edilir. Onun ənənəvi emal üsulları olduqca baha başa gəlir və çox zaman həmin emal üsulları ətraf mühitə zərər yetirirlər. Plastik tullantılar ilə bağlı vəziyyət Afrikada kritik həddə çatdığı üçün un böcəyi ilə bağlı ilk təcrübələr məhz bu regionda reallaşdırıla bilər. Aparılmış tədqiqatlar çərçivəsində mütəxəssislər un böcəyi sürfələrini polistirol və qidalandırıcı kəpəklərlə qidalandırıblar.
Məlum olub ki, polistirolu qidalandırıcı kəpəklərlə birgə əldə etmiş sürfələr yalnız polistirol ilə qidalanmış sürfələrdən daha uzun müddət ərzində həyatda qala biliblər. Bu cür tarazlaşdırılmış pəhriz onların həyatlarını daha davamlı edib və sürfələrə plastik materialı daha effektiv şəkildə emal etmək imkanını verib. Bundan əlavə olaraq mütəxəssislər təyin ediblər ki, bu həşəratlar polistirolu bağırsaqlarındakı xüsusi mikroblar sayəsində həzm ediblər. Kluyvera, Lactococcus, Citrobacter və Klebsiella adlı bakteriyalar əsasən həşəratların bağırsaqlarında rast gəlinir. Bu bakteriyalar sintetik materialları parçalamağa imkan verən fermentləri ifraz edirlər. Hal-hazırda mütəxəssislər un böcəyinə plastik materialı emal etmək imkanını verən fermentlərin yetişdirilməsi ilə məşğul olurlar. Onlar ümid edirlər ki, gələcəkdə bu cür fermentləri böyük miqyasda istehsal etmək mümkün olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bu il 200 milyon tondan çox plastik tullantı formalaşacaq
Bu il 200 milyon tondan çox plastik tullantı formalaşacaq
Tədqiqatçıların təqdim etmiş olduqları yeni hesabata əsasən insanlar bu il plastik tullantılar mövzusunda yeni rekorda imza atmağa hazırlaşırlar.
Plastik tullantıları parçalamağa qadir yeni növ dəniz göbələyi kəşf edilib
Plastik tullantıları parçalamağa qadir yeni növ dəniz göbələyi kəşf edilib
Hal-hazırda dünya ekologiyasının əsas ciddi problemlərindən biri də plastik tullantılardır. Problem hətta o dərəcəyə çatıb ki, mikroplastik hissəciklərə müxtəlif yerlərdə rast gəlinir.
Okeanın dibində səthindən 100 dəfə daha çox plastik tullantı mövcuddur
Okeanın dibində səthindən 100 dəfə daha çox plastik tullantı mövcuddur
İstifadəyə verildikləri zamandan indiyənə kimi plastik materiallar planeti sözün əsl mənasında ələ keçiriblər və günümüzün ən ciddi qlobal probleminə çevriliblər.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!