Uşaqlar internetdə nə ilə maraqlanır?-Araşdırma

Uşaqlar internetdə nə ilə maraqlanır?-Araşdırma

Texnologiya
03.09.2018 PAYLAŞIM

Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb.

 Technote.az şirkətin araşdırmasına istinadən bildirir ki, Kaspersky Lab şirkətinin dünya üzrə məlumatına görə, bu yay uşaqlar sosial şəbəkələrdə ünsiyyətə deyil, video-məzmun və musiqiyə üstünlük veriblər.

Bənzər xəbər


Bununla belə, ən məşhur portallar Facebook və YouTube olub. Yay aylarında Netflix, Spotify, Soundcloud və iTunes platformaları maraq doğurublar. Lap balacalar isə Nickelodeon, Cartoon Network və Disney Channel kannalarına üstünlük verib və Spanç Bob (SpongeBob SquarePants) haqqında multfilimləri izləyiblər.

Artıq neçənci ildir ki, yeniyetmələr arasında rep musiqi janrı daha populyardır, məktəblilər digər repçilərə nisbətən əsasən “XXXTentacion” haqqında məlumat axtarıb və onun mahnılarını digərlərindən daha çox dinləyiblər. Azərbaycanda proqram təminatı, video və musiqi yer alan saytlara daxil olan gənc istifadəçilərin payı 35,4% təşkil edib.

Bundan başqa, yayda uşaqlar onlayn alış-veriş və xəbər resursları ilə daha çox maraqlanıblar: məsələn, BBC, CNN və BuzzFeed. Bu dövrdə Azərbaycanda xəbər saytlarına daxil olan uşaqların payı praktik olaraq 6,5% təşkil edib. Arzuedilməz məzmuna gəldikdə isə, Kaspersky Lab-ın məlumatına görə, məktəblilər alkoqol, tütün və narkotiklərlə bağlı veb-resurslara az daxil olublar.

Azərbaycanda bu cür saytlara daxil olan uşaqların payı 4%-dən aşağı olub.

“Statistika göstərir ki, dünya üzrə müasir uşaqların və yeniyetmələrin maraqları dəyişir: məsələn, yayda onlar xəbər resursları ilə maraqlanmağa başlayıb, kompüter oyunları ilə bağlı saytlara isə maraqları azalıb. Bu, onunla izah olunur ki, bu gün KİV-də, məsələn, yalnız siyasi və iqtisadi mövzular deyil, həmçinin, mədəniyyət, əsasən də, musiqi hadisələri işıqlandırılır. Lakin uşaqların maraqlarının dəyişməsindən asılı olmayaraq valideynlər onların təhlükəsizliyini və internetdə arzuolunmaz məzmun barədə unutmamalıdırlar. Belə hallarda bir çox xoşagəlməz hadisələrdən ailədə etibarlı münasibətlərin qurulması kömək edə bilər, texnoloji baxımdan isə uşaqlar üçün onlayn təhlükəsizlik üzrə proqramlar böyüklərin yardımçısı ola bilər”, - deyə Kaspersky Lab-ın məzmun analizi üzrə eksperti Anna Larkina bildirib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×