Uşaqların təhlükəsizlikləri üçün olan funksiya iOS 13.3-də düzgün çalışmır

Uşaqların təhlükəsizlikləri üçün olan funksiya iOS 13.3-də düzgün çalışmır

Texnologiya
13.12.2019 PAYLAŞIM

    Apple şirkəti dəfələrlə iOS əməliyyat sisteminin təhlükəsizliyi barəsində danışıb. Lakin istifadəçilər hələ də bu mobil əməliyyat sistemində olan bir sıra problemlər ilə qarşılaşırlar. Beləliklə iOS 13.3-də aşkar edilmiş yeni sistem boşluğu bir neçə müddət bundan öncə uşaqların kənar şəxslərlə ünsiyyətini məhdudlaşdıran funksiyanı əhatə edir. Aşkar edilmiş sistem boşluğu nəticədə əksinə uşaqların kənar şəxslər ilə ünsiyyətini mümkün edir. Bu barədə Slashgear saytı xəbər verib.

    Söhbət, ünsiyyətin məhdudlaşdırılması funksiyasından gedir. Bu funksiya müəyyən kateqoriya kontaktlar ilə ünsiyyəti və Apple şirkətinin Facetime, iMessage iCloud kimi servislərini deaktiv edir. Sözügedn funksiyanın ideyası ondan ibarətdir ki, bu funksiyadan istifadə etməklə valideynlər öz uşaqlarının kənar şəxslər və smartfonda olmayan kontaktlar ilə ünsiyyətlərini deaktiv edə bilərlər. Bu funksiyanın aktivləşdirilməsindən sonra PIN kodu daxil etməyənə kimi iPhone-a yeni kontaktları əlavə etmək olmur.


    Lakin bir nüans var. Sözügedən məhdudlaşdırma smartfondakı kontaktlar siyahısının iCloud bulud servisi ilə sinxronlaşdırılmasının deaktiv olması halında kontaktlarda olmayan nömrələrə zəngləri əhatə etmir. Bununla yanaşı azyaşlı uşaq Apple Watch-dakı Siri səsli köməkçisi vasitəsilə yeni nömrəni asan şəkildə əlavə edə və beləliklə yeni kontaktlar ilə ünsiyyət yarada bilər. Apple şirkəti artıq bu problemdən xəbərdardır və əməliyyat sistemi üçün yenilənmənin təqdim olunmasına kimi valideynlərə uşaqların istifadə etdikləri iPhone-ların iCloud ilə sinxronlaşdırılmasının aktiv edilməsini məsləhət görür.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA Mars səthində olan Ingenuity dron aparatının ilk uçuşunu uğurla reallaşdırd..

NASA agentliyi Ingenuity dronunun Mars atmosferində ilk uçuşunu uğurla reallaşdırdığını elan edib. ..


NASA astronavtlarının Aya göndərilməsi ilə SpaceX məşğul olacaq

NASA agentliyi SpaceX şirkəti ilə vacib müqavilə bağlayıb.


Elon Musk bu ilin sonuna kimi Starlink peyk internetinin mobil olacağına söz ver..

Elon Musk bildirib ki, Starlink peyk interneti 2021-ci ildə tamamilə mobil olacaq və bu da öz növbəs..


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..

×