
Uşaqlıq dövrünə qayıdış: Sony şirkəti PlayStation Classic mini konsolunu anons etdi (VİDEO)
Elm & Texnologiya
19.09.2018
Emil
Sony şirkəti Nintendo-nun Mini Classic oyun konsolunun
uğurunu görərək həmin yol ilə getməyi qərara aldı və PlayStation Classic adlı
mini oyun konsolunu anons etdi. İlk PlayStation konsolunun yenilənmiş versiyası
1994-cü ildəki dizayna sahib olacaq, lakin 45% daha kiçik olacaq. Yenilənmiş
versiyada şirkət düymələri, gamepadlar üçün nəzərdə tutulmuş giriş yerlərini və
digər elementləri olduğu kimi saxlayıb. Konsolun ön panelində gamepadlar üçün
olan giriş yerlərinin altında həmçinin iki USB girişi də var. Arxa paneldə isə
HDMI girişi ilə enerji naqili girişi yerləşir. Komplektin özündə PlayStation
Classic konsolu, ilk PlayStation konsolunun naqilli iki gamepad-ı, HDMI və
Micro USB naqilləri olacaq. Lakin komplektə şarj naqili daxil edilməyib. Bundan
əlavə olaraq konsolun yaddaşında Final Fantasy VII, TEKKEN 3, R4:Ridge Race Type 4, Jumping Flash
və Wild Arms da daxil
olmaqla 20 oyun yerləşəcək. PlayStation Classic 3 Dekabr tarixindən 100$ qiymətində satışa çıxacaq.



Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
