main-post-cover

    Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ödəyə bilərlər

    Elm & Texnologiya
    20.03.2023
    Farid Pardashunas
        Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şəhərə enerji ötürərək bütün dünyanın elektrik enerjisi tələbatının 1/3 hissəsini təmin etməklə yanaşı həmçinin suya qənaət etmək imkanını da verə bilərlər. Tədqiqatçılar aşkar ediblər ki, nəzəri olaraq dünyanın 124 ölkəsinin ümumi 6256 şəhəri yaxınlıqda yerləşən su anbarlarına quraşdırılmış Günəş batareyaları hesabına bütün elektrik enerjisi tələbatlarını ödəyə bilərlər.
        Bunun üçün həmin şəhərlər sadəcə olaraq yaxınlıqda yerləşən su anbarlarının səthlərinin 30%-ni Günəş panelləri ilə təchiz etməlidirlər. Tədqiqatçılar bir neçə məlumat bazasından istifadə edərək bütün dünyadakı 114 555 ədəd su anbarını analiz ediblər. Daha sonra onlar real iqlim məlumatları əsasında elektrik enerjisinin potensial istehsalını modelləşdiriblər.
        Məlum olub ki, mövcud su anbarlarının səthlərinin yalnız bir hissəsinin belə üzən Günəş panelləri ilə təchiz olunması halında onlar il ərzində 10 000 teravatt saat enerji generasiya edə bilərlər. Bununla belə bu halda onlar 100 kub kilometr suyun buxarlanmasının qarşısını alacaqlar. Lakin onu da nəzərə almaq lazımdır ki, su anbarı səthinin böyük hissəsinin Günəş panelləri ilə təchiz edilməsi digər tərəfdən suyun tərkibindəki oksigen miqdarının azalmasına səbəb ola bilər. Bu isə sualtı canlı dünya üçün böyük risk deməkdir. Buna görə də Günəş panellərinin məhz süni su anbarlarında quraşdırılması daha məqsədəuyğun ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər