Valve şirkəti Steam Deck adlı portativ oyun konsolunu təqdim edib - QİYMƏTİ

Valve şirkəti Steam Deck adlı portativ oyun konsolunu təqdim edib - QİYMƏTİ

Texnologiya
16.07.2021 PAYLAŞIM

    Valve şirkəti özünün portativ oyun konsolunu təqdim edib. Steam Deck adını əldə etmiş yeni portativ konsol Nintendo Switch ilə rəqabət aparmalıdır. Təqdim edilmiş yeni portativ oyun konsolu 60 Hz-lik təsvir yenilənməsini dəstəkləyən 1200x800 piksel keyfiyyətli 7 düym ekrana sahibdir. Ekran həm sağdan həm də soldan müxtəlif idarəetmə düymələri ilə əhatə edilib. Bununla yanaşı idarəetmə düymələrinin yerləşdikləri yerlərdə joysticklər və sensorlu panellər mövcuddur. Əsas texniki özəlliklərə gəldikdə isə Steam Deck konsolu Zen 2 arxitekturasına sahib AMD prosessoru, 3.5 GHz tezlikdə çalışan RDNA 2 qrafik sürətləndirici, 1.0-1.6 GHz tezlikdə çalışan GPU və 16 GB RAM ilə təchiz olunub.


    Steam Deck-in daxili yaddaş həcminə gəldikdə isə o bu məsələdə 3 variantda təqdim olunub: 64 GB eMMC (PCle Gen 2), 256 GB NVMe SSD (PCle Gen 3) və 512 GB NVMe SSD (PCle Gen 3). Oyun konsolunun hər 3 versiyası microSD dəstəyinə sahibdir. Bununla yanaşı Steam Deck Bluetooth 5.0, 2 diapazonlu Wi-Fi, USB-C girişi ilə təchiz olunub. Konsolun USB-C girişi təsvirin xarici ekrana saniyədə 60 kadr sürətlə 8K keyfiyyətində və saniyədə 120 kadr sürətlə 4K keyfiyyətində əks olunmasını dəstəkləyir. Bunun üçün oyun konsolunun komplektində olan xüsusi qoşulma stansiyasından istifadə etmək lazımdır. Qoşulma stansiyasında 2 ədəd USB-A 2.0, 1 ədəd USB-A 3.1, DisplayPort 1.4, HDMI 2.0, Power Delivery dəstəkli USB-CEthernet girişləri mövcuddur.

    Konsol 40 vatt saat gücündə olan batareya ilə çalışır. Oynanılan oyundan asılı olaraq konsol bu batareya vasitəsilə 2-8 saat çalışa bilir. Steam Deck 45 vatt gücündə olan şarj cihazı vasitəsilə şarj olunur. Proqram təminatına gəldikdə, konsol SteamOS 3.0 vasitəsilə çalışır. Onun daxilinə Steam mağazası inteqrasiya edilib. İstifadəçi öz istəyinə uyğun olaraq Steam Deck-ə Windows və ya digər əməliyyat sistemini quraşdıra biləcək. Steam Deck bu ilin dekabr ayında satışa çıxacaq. 64 GB yaddaşa sahib model 400$-a, 256 GB yaddaşa sahib model 530$-a, 512 GB yaddaşa sahib model isə 650$-a satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..

×