main-post-cover

    Vestel Avropada yenilikləriylə səs gətirdi!

    Elm & Texnologiya
    13.09.2019
    Emil Nəcəfov
        Berlində Avropanın ən böyük texnoloji sərgisi — IFA 2019-a yekun vurulub.
        Almaniyanın paytaxtı Berlində təşkil olunan IFA sərgisi sona çatdı. 3000 m2-lik stendi ilə sərgidə aktiv iştirak edən markalardan biri də Vestel oldu.
        Vestel-in Xarici Ticarət üzrə Direktoru Seda Kaya: "Öz texnologiyasını 155 ölkəyə ixrac edən və 21 ildir ki, Türkiyənin elektronika ixracatı lideri olan Vestel bütün fəaliyyətlərində "Ağıllı Həyat 2030" hədəfinə uyğun olaraq, insanların, cəmiyyətin və ümumilikdə planetimizin gələcək rifahını təmin etmək üçün çalışır və davam etdirilə bilən texnoloji həllərin istehsalına fokuslanır. Bu hədəf üzrə fəaliyyət göstərərək istehsal etdiyimiz ən az elektrik enerjisi və su işlədən, yuyucu tozsuz yuma funksiyasına sahib, vakuum cihazları ilə qidaların istifadə ömrünü uzadan ev əşyalarımız müştərilər tərəfindən rəğbətlə qarşılanır".
        Enerji ehtiyatlarının get-gedə azaldığı dünyamızda insanlar təbiət dostu və daha az sərfiyyat tələb edən məhsullara doğru meyil edir. Vestel də bu tendensiyaya xüsusi diqqətlə yanaşır. Təsadüfi deyil ki, bu şirkətin məhsulları dünya rekordu səviyyəsində elektrikə və suya qənaət edir.
        Təbiət dostu texnologiyaları ilə sərgidə diqqətləri özünə cəlb edən
        Vestel-in yeni qabyuyan maşınları həm də meyvə-tərəvəz yuma funksiyasına sahibdir. Araşdırmalara görə, bir evdə meyvə-tərəvəz yuyulduqda ildə orta hesabla 18 ton su sərf edilir. Vestel-in innovativ məhsulu da bu problemin həllini azaltmaq məqsədi daşıyır.
        Vestel-in işləyib hazırladığı unikal SteriliZone texnologiyası ilə təchiz edilmiş paltaryuyan maşınlar isə əlavə kimyəvi maddələrdən istifadənin qarşısını alır. Belə ki cihazın qapağına quraşdırılmış xüsusi ultrabənövşəyi şüa yayan mənbə, paltarları emal edərək, bakteriyaların DNT-sinə nüfuz edir və onların yenidən artmasını əngəlləyir.
        IFA-da sərgilənən digər Vestel məhsullarından ThawTech texnologiyasına sahib soyuducu xüsusi diqqət çəkib. Bu texnologiya vasitəsilə dondurucuda saxlanan qidaların uzaqdan idarə edərək sağlam formada donunu açmaq mümkündür.
        Vestel-in rekordçu məhsullarından olan Hydro Charge texnologiyalı paltaryuyan maşın, çox az miqdarda yuyucu tozla kifayətlənərək, həm paltarları effektiv yuyur, həm də təbiəti qorumağa yardım edir. Hydro Boost texnologiyasına sahib olan paltaryuyan maşın isə su və yuyucu toz məhlulunu baraban içindəki 14 fərqli nöqtədən paltarlara su çiləyərək məhlulun parçaya daha çox hopmasını təmin edir.
        Sərgidə ümumilikdə 100 ölkədən 1800-dən çox məhsul, texnologiya və dizayn həvəskarlarına təqdim edilib.
    Linki kopyala