main-post-cover

    Videooyunların insan psixologiyasına təsiri üzrə araşdırma aparılıb və nəticələr müsbətdir

    27.07.2017
    Farid Pardashunas

    Oyun sənayesindən uzaq olan insanlar, videooyunların insan psixologiyasına olan mənfi təsir haqqında tez-tez danışmağı sevirlər.

    Bu və ya digər problemin səbəbinin dərinliyinə getmək əvəzinə həmin problemin səbəbkarı kimi virtual əyləncəni göstərmək daha asandır. Lakin, Nesta adlı elmə, incəsənətə və idmana dəstək fondu, bldirib ki, videooyunlar nəinki insanlara heç bir neqativ təsir göstərmir, hətta onların yaradıcılıq həvəslərini də artırır. İngiltərənin 10.000 sakini arasında keçirilmiş sorğu nəticələrini incələdikdən sonra tədqiqatçılar müəyyən ediblər ki, gamerlər, digər insanlardan fərqli olaraq daha çox şəkil çəkir, kitab oxuyur, səyahət edir və incəsənət məkanlarını ziyarət edirlər. Bundan əlavə olaraq videooyun həvəskarları təhsildə daha yaxşı nəticələr sərgiləyərk yaxşı təhsil əldə edirlər. Maliyyə cəhətdən gamerlər və adi insanlar arasında heç bir fərqə rast gəlinməyib. Belə ki, onlar eyni dərəcədə pul qazanırlar. Gamerlər haqqında daha bir araşdırma isə bir neçə gün bundan öncə ABŞ-ın Psixoloqlar Assosiasiyası tərəfindən aparıldı. Araşdırmanın məqsədi, vəhşilik faktorunu özündə daşıyan oyunların, oyunçuların aqressiya səviyyəsinə necə təsir etmələrini öyrənmək idi. Araşdırma iştirakçıları 2 qrupa bölünmüşdü. 1-ci qrup gün ərzində 5 saata yaxın Call of DutyBattlefield oyunlarını oynayırdı. Daha sonra insanların reaksiyalarını yoxlamaq üçün hər 2 qrupa neytral və vəhşi özəllikləri özündə daşıyan fotolar göstərilmişdi. Bu zaman hər 2 qrup iştirakçıları eyni nəticələri sərgiləmişdilər. Bu isə öz növbəsində onu sübut etdi ki, vidooyunlar, insan psixologiyasına heç bir təsir etmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər