
ViewSonic VX2757-2K-PRO gaming monitoru təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
10.10.2023
Emil
ViewSonic şirkəti MSI şirkətinin ardınca öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ViewSonic VX2757-2K-PRO adını əldə edib. Sözügedən monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit təşkil edir. Üstəlik ekran AMD FreeSync və NVIDIA G-Sync texnologiyalarının dəstəyinə də sahibdir. Monitor özündə HDMI 2.0 və DisplayPort 1.4 girişlərini birləşdirir. ViewSonic VX2757-2K-PRO artıq satışa çıxıb və hal hazırda yalnız Çin bazarında satılır. Onun satış qiyməti isə 123$ təşkil edir.

Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
