
ViewSonic VX2758-2K-PRO-6 adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
07.11.2023
Emil
ViewSonic şirkəti bir neçə müddət bundan öncə ViewSonic VX2781-2K-PRO-3 adlı gaming monitorunu təqdim etmişdi. İndi isə şirkət daha bir yeni gaming monitorunu təqdim edib. Söhbət, ViewSonic VX2758-2K-PRO-6-dan gedir. Beləliklə ViewSonic VX2758-2K-PRO-6 monitoru 180 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD keyfiyyətli 27 düym Nano IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir.

O, sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 98%-ni əhatə edir. Bununla yanaşı ViewSonic VX2758-2K-PRO-6 monitoru özündə AMD FreeSync və NVIDIA G-Sync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.0 və DisplayPort 1.4 girişlərinə sahibdir. ViewSonic VX2758-2K-PRO-6 artıq Çində satışa çıxıb və 123$-a satılır. Monitorun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.

Paylaş
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
