
ViewSonic VX2781-2K-PRO-3 adlı yeni gaming monitor təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
01.11.2023
Emil
ViewSonic şirkəti öz gaming monitor seriyasını yeni model ilə genişləndirməyə davam edir. Belə ki, şirkət ViewSonic VX2781-2K-PRO-3 adlı yeni gaming monitorunu təqdim edib. Sözügedən yeni gaming monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 27 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir və o, AMD FreeSync и NVIDIA G-Syn texnologiyalarının dəstəyinə sahibdir.

Bununla yanaşı ekran sRGB rəng diapazonunun 98%-ni, DCI-P3 rəng diapazonunun isə 88%-ni əhatə edir. ViewSonic VX2781-2K-PRO-3 monitoru 1.07 milyard rəngi dəstəkləyir. Monitor özündə iki ədəd HDMI 2.0 girişini və bir ədəd DisplayPort 1.4 girişini birləşdirir. ViewSonic VX2781-2K-PRO-3 artıq Çin bazarında 300$ qiymətində satışa çıxıb. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
