'Virgin Group' şirkətinin CEO-su Richard Branson özünün sayca 4-cü aerokosmik şirkətini yaratdı

'Virgin Group' şirkətinin CEO-su Richard Branson özünün sayca 4-cü aerokosmik şirkətini yaratdı

Texnologiya
03.11.2017 PAYLAŞIM

“Virgin Galactic” şirkətinin CEO-su Richard Branson özünün aerokosmik biznes şəbəkəsində 4-cü şirkəti yaratdı.

Yeni təsis edilmiş “VOX Space” adlı şirkət ABŞ da daxil olmaqla digər Qərb ölkələrindən olacaq dövlət sifarişlərini yerinə yetirəcək. Yeni şirkətə, “Virgin Galactic” və “Virgin Orbit” şirkətlərində biznes inkişafı üzrə direktor vəzifəsində çalışmış Mandy Vaugh rəhbərlik edəcək. “VOX Space” Richard Branson-un 4-cü aerokosmik şirkəti oldu.



“Virgin Galactic” varlı turistləri suborbital uçuşlara göndərəcək, “Virgin Orbit” Yer kürəsinin orbitinə peykləri göndərəcək, “Spaceship Company” kosmik gəmilərin inşası ilə məşğul olacaq, “VOX Space” isə “Virgin Group” şirkətinin kosmik biznesinin 10%-ni təşkil edəcək dövlət sifarişlərini yerinə yetirəcək. Yeni şirkət 2019-cu ildə 12 uçuş, 2020-ci ildə isə 24 uçuş reallaşdırmağı planlaşdırır.

Baxmayaraq ki, “Virgin Group” şirkətinin kosmik texnologiyaları hələki test mərhələlərindən kənarda öz etibarlıqlarını sərgiləməyiblər, potensial müştərilər hələki azalmır. “VOX Space”i ayrıca müəssisə kimi yaratmaq, Richard Branson-un strateji qərarı idi. Beləliklə o, kənardan investisiyaların cəlb olunması baxımından problemlərin yaşanmasından canını qurtarır. Onu da qeyd etmək lazımdır ki, keçən həftə Səudiyyə Ərəbistan, Branson-un aerokosmik biznesinə 1 milyard dollar investisiya yatırmışdı.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×