main-post-cover

    Virgin Hyperloop şirkəti sürətli vakuum qatarının necə çalışacağını sərgiləyib (VİDEO)

    Elm & Texnologiya
    25.08.2021
    Farid Pardashunas
        Artıq 100 ildir ki, insanlar ictimai nəqliyyat sahəsində yeni bir şey kəşf etmirlər. Ola bilər ki, aviasiyadan sonra ictimai nəqliyyat sahəsində innovasiyalı layihə məhz Hyperloop qatarlar olacaqlar. Bu cür qatarlar xüsusi vakuumlu borular daxilində saatda 1000 km sürətlə hərəkət etmək potensialına sahibdirlər. Richard Branson-un Virgin şirkətlər qrupuna daxil olan Virgin Hyperloop şirkəti yeni video təqdim edib və həmin videoda Hyperloop texnologiyasının necə çalışdığını sərgiləyib. Keçən ilin sonunda Virgin Hyperloop şirkəti vakuum boru daxilində sərnişin qatarı vasitəsilə təhlükəsiz səyahəti sərgiləmişdi. Həmin vaxtda sərnişin kapsulu 500 km uzunluqda olmuş test borusu daxilində saatda 160 km sürətlə hərəkət etmişdi.
        Nəzəri hesab edilən saatda 1200 km sürət göstəricisinin əldə olunmasına hələ çox var. Lakin şirkət lazımi uzunluğa sahib borunun inşasından sonra sərnişin kapsulunu saatda 1050 km sürətə çatdırmağı planlaşdırır. İndi şirkət onu sübut etmək istəyir ki, insanlarla dolu olan sərnişin kapsulunun vakuum boru daxilində yüksək sürətlə hərəkət etdirilməsi heç də dəlisov bir ideya deyil. Virgin Hyperloop tərəfindən təqdim edilmiş videoda bu texnologiyanın arxitekturası barəsində məlumat verilib. Söhbət, mühərrik qurğularından, güclü batareyalardan və maqnit levitasiyası texnologiyasından gedir.
        Texniki özəlliklər ilə yanaşı videoda bu cür nəqliyyat növünün inşasının hansı qiymətə başa gəlməsi, onun iqtisadi təməli və ətraf mühitə təsiri barəsində də məlumatlar verilib. Hyperloop layihəsinin əsas məqsədi iri şəhərlər arasında saatda 1000 km sürətlə hərəkət edə biləcək yeni nəsil nəqliyyat növünün yaradılmasıdır. Bu cür sürət göstəricisi adi qatardan 10 dəfə, sürət qatarından isə 3 dəfə yüksəkdir. Səyahətin təhlükəsizliyini isə mərkəzləşdirilmiş idarəetmə sistemi təmin edəcək. Sərnişinlərdən ibarət kapsullar 1 dəqiqəlik intervalla hərəkət edəcəklər və dayanacaqlar yalnız böyük stansiyalarda olacaq. Virgin Hyperloop-un hesablamalarına əsasən 1 saat ərzində 50.000 nəfər sərnişin daşımaq mümkün olacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər