
Virtual Reallıq artıq dünyada xüsusi bir əhəmiyyətə malikdir. Texnologiyanın gəldiyi son nöqtələrdən biri olan virtual reallıq iri şirkətlərin diqqətindədir və bu texnologiya indinin və gələcəyin əsas texnologiyalardan biri hesab olunur. Sırf bu səbəbdən, Samsung, Facebook, HTC və digər böyük şirkətlər bu sahəyə böyük yatırımlar edirlər. VR texnologiyasının tətbiq olunduğu əsas sahələrindən biri də oyun sənayesidir. Bir müddət əvvəl yazdığımız məqalədə VR-ın pornoqrafiya sektorunda nə dərəcə də irəlilədiyini və bazar payını araşdırmışdıq. Bu dəfə mövzu yenə bu sahəyə yaxındır.
"Steam" platformasında "Illusion" tərəfindən yerləşdirilən yeni VR oyun - VR Kanojo, yapon oyun yaradıcıları tərəfindən hazırlanıb və 2 dili dəstəkləməkdədir. (İngilis və Yapon). VR dəstəyi ilə mükəmməlləşdirilən oyunda sizin yeni sevgiliniz Sakura personajıdır. Bir evdə sevgilinizlə edə biləcəyiniz hər şeyi sizə virtual formada təqdim edən oyun bir anda internetdə sürətlə yayılmağa başladı. Artıq vəziyyət o həddə çatıb ki, youtube üzərindən oyunun geniş video icmalları oyunçular tərəfindən yayımlanır. HTC Vive və digər VR cihazları ilə oynanmanın mümkün olduğu bu oyun sektorda yeni bir pərdə açdı desək, yanılmarıq.
Öz sevgililəri ilə cinsi münasibət səviyyəsinə qədər gələn Sakura, görünən odur ki, hələ bir müddət müzakirə mövzusu olacaq.
Şərh yoxdur