
Ethereum platformasının həmtəsisçisi Vitalik Buterin kriptovalyutaları ən böyük qiymət dəyişikliklərinə məruz qalmış aktivlər sinfi adlandırıb.
Bundan əlavə olaraq o, kriptovalyutalara yalnız o pulları yatırmağı məsləhət görüb hansıları ki, insanlar itirməkdən qorxmurlar. O həmçinin ənənəvi aktivlərə yatırım etməyi məsləhət görüb. Belə ki, onlar kriptovalyutalardan fərqli olaraq daha təhlükəsizdirlər. Vitalik Buterin kriptovalyutalara investisiyaların riskləri barəsində xəbərdarlığı öz Twitter hesabında edib. O, kriptovalyutaları ən böyük qiymət dəyişikliklərinə məruz qalmış yeni aktivlər sinfi adlandırıb və onların dəyərlərinin hər an sıfıra enmək riski olduğunu bildirib.
“Kriptovalyutyalara yalnız o pullarınızı yatırın hansıları ki, itirməkdən qorxmursunuz” – deyə Vitalik öz Twitter hesabında bildirib. Onun xəbərdarlığı ilk növbədə kredit götürərək bitcoin və altcoinlər alan kriptovalyuta investorlarına şamil olunur. Coindesk saytının məlumatına əsasən kriptoinvestorların 20%-i kriptovalyutaları kredit vəsaitlər sayəsində alırlar.
Fevral ayının əvvəlində ABŞ və İngiltərənin bir neçə böyük bankı kredit kartlar
vasitəsilə kriptovalyuta əməliyyatlarına qadağa qoydu. Onlar bunu bitcoinin və
altcoinlərin qiymətlərinin dəyişiklikləri ilə izah etdilər. Vitalik həmçinin
insanlara öz vəsaitlərinin kriptovalyuta şəklində saxlanmamasını da məsləhət
görüb. “Əgər siz öz vəsaitlərinizin saxlanması üçün əlverişli variant
axtarırsınızsa ən yaxşı üsul ənənəvi aktivlərdir” – deyə o qeyd edib.
Şərh yoxdur