
'Vivo' şirkəti Barselonada gələcəyin smartfonunu təqdim etdi
Elm & Texnologiya
26.02.2018
Emil
Rəqiblərdən fərqli olaraq “Vivo” şirkəti Barselonadan keçirilən MWC 2018 konqressinə bir ədəd smartfon modelini gətirdi.
Söhbət Vivo APEX adlı modeldən
gedir. Lakin buna baxmayaraq onu gələcəyin smartfonu adlandırmaq olar. Vivo
APEX əslində şirkətin bazara çıxardacağı tamamilə yeni smartfon modeli deyil.
Bu, şirkətin bütün yeni texnologiyalarını özündə birləşdirən konseptual
modeldir. Beləliklə smartfon USB Type-C girişi, ikili arxa kamera və çərçivəsiz
ekranla təchiz olunub. Onun üst və kənar çərçivələrinin genişliyi isə sadəcə
1.8 mm təşkil edir. Aşağı çərçivənin genişliyi 4.3 mm-dir. Əgər nəticədə aşağı
çərçivənin genişliyi də 1.8 mm olsa, onda bu smartfonun ekranı ön panelin
98%-ni əhatə edəcək.

Bu cür nazik çərçivələri smartfonda yerləşdirmək üçün mühəndislər
bir sıra detalları və sensorları ekrana inteqrasiya etməli olublar. Məsələn adi
və danışıq düşün nəzərdə tutulmuş səsgücləndiricilər ekranın daxilində yerləşirlər.
Bu cür texnologiyanı Screen SoundCasting adlandırıblar. 8 MP-lik kameranı isə
smartfonun yuxarı hissəsində yerləşən və lazımi vaxtda ortaya çıxan xüsusi
paneldə yerləşdiriblər. Vivo APEX-də həmçinin ekrana inteqrasiya olunmuş barmaq
izi skanı texnologiyasını da təkmilləşdiriblər. Belə ki, yeni barmaq izi skanı
texnologiyası ekranın aşağı hissəsindəki müəyyən bir nöqtədə deyil, bütün aşağı
hissədə yerləşir.

Beləliklə smartfonu sktivləşdirmək üçün istifadəçi öz
barmağını smartfonun aşağı hissəsindəki istənilən yerə toxundurə bilər. Təhlükəsizliyin
daha yüksək səviyyədə təmin olunması üçün həmçinin eyni zamanda iki barmaq izinin
skanı funksiyasını da əlavə ediblər. Vivo APEX-in daha bir özəlliyi isə System
in Package adlanır. Onun sayəsində montaj platasının ölçüsü 3 nüvənin və rəqəmsal-analoq
dəyişdiricisinin bir yerə birləşməsi hesabına 60% kiçilir. Azad olunmuş yeri isə
soyutma sisteminin yaxşılaşdırılması, batareya həcminin yüksəlməsi və ya digər
faydalı funksiyalar üçün istifadə etmək olar. Sadəcə olaraq şirkətin öz
texnologiyalarını digər şirkətlərə nə zaman sataraq özünün bu cür smartfonu
kütləvi şəkildə ərsəyə gətirəcəyini gözləmək qalır.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
