
Vivo Watch 3 smart saatının rəsmi posteri təqdim edilib
Elm & Texnologiya
04.11.2023
Emil
Vivo Watch 2 smart saatının təqdim olunmasından iki il sonra şirkət yeni smart saatının təqdimatına hazırlaşır. Söhbət, Vivo Watch 3-dən gedir. İndi isə şirkət sözügedən yeni smart saatının xarici görünüşünü əks etdirən rəsmi posteri təqdim edib. Poster sayəsində həmçinin smart saatın nə zaman təqdim olunacağı da məlum olub. Posterdən də görmək olar ki, şirkətin yeni smart saatı xarici görünüşcə Google şirkətinin Pixel Watch smart saatına bənzəyir. Bununla yanaşı vivo Watch 2-dən fərqli olaraq vivo Watch 3-də bir fiziki düymə fırlana bilən düymə ilə əvəzlənib. Bununla yanaşı yeni smart saat kəmərin iki variantda bərkidilməsi imkanına sahib olacaq. Vivo Watch 3-ün OLED ekranla təchiz olunacağı gözlənilir. Sözügedən smart saat 13 noyabr tarixində vivo X100 flaqman smartfon seriyası ilə birgə təqdim olunacaq.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
