'Vizam.az'a rəqib startap Azərbaycan bazarına daxil olur

13.09.2018 0 PAYLAŞIM 659 OXUNMA

    Viza sənədləşməsini asanlaşdırmağa və prosesin idarəedilməsinə yönəlmiş startap vizam.az-a rəqib bir platforma pickvisa.com platforması Azərbaycanda fəaliyyətə başlayıb. Layihə rəhbərlərinin sözlərinə inansaq, şirkətin əsas məqsədi bazarda kifayət qədər pay sahibi və lider olar vizam.az-ın bazar payına şərik çıxmaq və daha innovativ yenilikləri istifadəçilərin xidmətinə verməkdir.

Yeni xidmətin vizam.az ilə müqayisədə nəzərə çarpan əsas üstünlükləri aşağıdakılardır:    

- Geniş Məlumat Bazası - yalnız viza tələb edən ölkələr deyil, bütün ölkələrlə bağlı – qapıda vizalı ölkələr, vizasız ölkələrdə nə qədər müddət qalma imkanı və s. kimi bütün detalları verən geniş bazaya sahib olması;

- Təkcə Azərbaycan bazarı üçün yox, regional bazar üçün nəzərdə tutulması;

- Eyni zamanda ölkəmizdə olan xarici ölkə vətəndaşlarına xidmət etmək imkanı;

- Veb səhifənin daha da funksionallığı və müraciətin sadəliyi;

- Müştərinin prosesə cəlb olunmasının minimallaşması (sənədlərin müştərinin ofisindən götürülməsi, foto şəkillərin birbaşa ofisdə çəkilməsi və s.);

- Digər Tur Agentliklər, onlayn səyahət portalları və blogerlər üçün API, "White Label" imkanları;

    Qeyd edək ki, həm vizam.az həm də pickvisa.com platformaları xaricə səfər edən insanların viza almaq prosesini sadələşdirmək, sənədləşmə işlərini sürətləndirmək və dəqiq aparmaq üçün nəzərdə tutulmuş onlayn xidmət platformalarıdır. Bazara yeni daxil olan pickvisa.com-un isə bu qədər iddialı çıxışından sonra inkişafını zaman göstərəcək.