Volkswagen'in CEO'su: 'Biz Tesla şirkətindən iki dəfə ucuz elektromobillər istehsal edəcəyik'

Volkswagen'in CEO'su: 'Biz Tesla şirkətindən iki dəfə ucuz elektromobillər istehsal edəcəyik'

Texnologiya
29.10.2018 PAYLAŞIM

    Bir sır avtomobil istehsalçıları yaxın gələcəkdə öz elektromobil modellərini təqdim etməyə hazrlaşırlar. Lakin görünür, Volkswagen şirkəti bu sahədə daha inamlıdır. Belə ki, şirkət üçün “Tesla şirkətinə çatmaq və onu geridə qoymaq” sloqanı əsl biznes modelə çevrilir. Volkswagen özünün bütün avtomobil seriyasının elektrikləşməsinə daha çox diqqəti cəlb etməyə davam edir. Şirkət təmiz enerji ilə çalışan avtomobillər sahəsinə 30 milyard avro investisiya yatırıb və onun ilk elektromobil modelləri artıq gələn il satışa çıxmalıdırlar. Şirkətin CEO-su Herbert Diess-in sözlərinə görə yeni elektromobil seiyası daxili yanacaq mühərrikli avtomobillərin analoqu olacaqlar. Onlar daxili yanacaq mühərrikli avtomobillərdən qiymət, texniki performans və qətt olunan yol cəhətdən fərqlənəcəklər.

    “2020-ci ilə kimi biz də Tesla şirkəti kimi elektromobillər istehsal edəcəyik. Lakin onlar Tesla modellərindən daha ucuz olacaqlar” – deyə Herbert Diess bildirib. Herbert Diess öz bəyanatında hansı Tesla modelindən söhbətin getdiyini tam dəqiq açıqlamayıb. Əgər I.D seriyalı lüks elektromobillərin qiyməti 30.000$ təşkil etsə, Herbert Diess həqiqəti söyləmiş olacaq. Belə ki, baza komplektasiyalı Tesla Model S-in qiyməti iki dəfə bahadır. Lakin əgər həmin vaxta kimi Elon Musk 35.000$ qiymətə sahib Tesla Model 3-ün istehsalat tempini yüksəltsə, çətin ki, Volkswagen şirkəti 17.500$ qiymətə sahib elektromobil modeli təqdim etsin. Lakin bunun olacağı təqdirdə bu, avtomobil bazarını tamamilə dəyişəcək.

Bənzər xəbər


    Şirkət dəfələrlə qeyd etmişdi ki, VW I.D seriyalı elektromobillər dizel yanacağı ilə çalışan avtomobillərdən bir qədər baha olacaqlar. Bundan əlavə olaraq VW I.D elektromobili haqqında bəzi yeni məlumatlar da ortaya çıxıb. Beləliklə hər bir elektrmobil 3 kompüter ilə təchiz olunacaq. Onların hər biri sonradan əlavə olunacaq avtopilot özəlliyini dəstəkləyəcək. Proqram təminatı yenilənməsi elektromobillərə avtomatik gələcək. Tesla modellərində də bu cür olur. Yaxın zamanda şirkət öz zavodlarından birini tamamilə elektromobil istehsalına yönəldəcək. Bu isə öz növbəsində 2020-ci ilə kimi ildə 100.000 elektromobil istehsal etməyə imkan verəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×