VR ilə robotların idarəsi. Robot-avatar layihəsi 10 milyon dollar investisiya aldı (VİDEO)

13.03.2018 0 PAYLAŞIM 239 OXUNMA

 “XPRIZE” şirkəti Yaponiyanın “All Nippon Airways” aviaşirkəti ilə birlikdə müxtəlif vəziyyətlərdə insanların faktiki olaraq fiziki yerdəyişməsini aradan qaldıra biləcək robotların hazırlanmasına 10 milyon dollar investisiya yatırıb.

    Robot-avatar layihəsinin əsas ideyası ondan ibarətdir ki, insan VR-dan istifadə edərək insana bənzər robotu idarə edə bilsin və beləliklə həmin robotla dünyanın istənilən nöqtəsində insanlarla və ətraf mühitlə qarşılıqlı əlaqədə ola bilsin. Bu cür üsul məsələn təbii fəlakətlər halında çox faydalı ola bilər. Bu cür vəziyyətlərdə mütəxəssislərin iştirakı böyük rol oynayır. Lakin insan təhlükəli yerlərdə çətinliklər ilə üzləşə bilər.

    Robot isə insanın hərəkətlərini təkrar edə və ətraf mühitdəki məlumatları ona ötürə bilər. Bu halda süni zəka texnologiyasına və analiz üçün nəzərdə tutulmuş qəliz aparata da ehtiyac olmayacaq. Bütün bu funksiyaları operator öz üzərinə götürəcək. Beləliklə planetin istənilən nöqtəsindən lazımi mütəxəssisi lazımi yerə cəlb etmək mümkün olacaq.


    Hazırlıqlı olmayan operator üçün idarəetmə sistemi istifadədə çox asan olmalıdır. Bununla yanaşı bu sistem çoxlu sayda tapşırıqları emal etməli, digər insanın toxunuşunu hiss etməli və müxtəlif səthlərə toxunuşları ayıra bilməlidir. Bu layihənin ilk nəticələri 2021-ci ilin Oktyabr ayında təqdim olunmalıdır. Layihədə iştirak etmək üçün isə bütün dünyadan mühəndislər komandası cəlb olunur.