
Watch Series 6 smart saat istehsalının Apple şirkətinə hansı qiymətə başa gəldiyi məlum olub
Elm & Texnologiya
06.06.2021
Emil
Counterpoint Research şirkətinin analitikləri Watch Series 6 smart saatının istehsalının Apple şirkətinə hansı qiymətə başa gəldiyini hesablayıblar. Beləliklə smart saatın ən bahalı detalları Apple S6 prosessoru ilə daxili yaddaşıdır. Belə ki, smart saatın ümumi qiymətinin 24%-i məhz bu detalların payına düşür. Ümumi qiymətin 13%-ni saatın ekranı ilə gövdəsi, 12%-ni isə müxtəlif sensorlar ilə istifadəçi səhhətinin monitorinqi üçün nəzərdə tutulmuş müxtəlif ötürücülər təşkil edir.

Batareya və naqilsiz şarj texnologiyası ümumi qiymətin 6%-ni təşkil edirlər. Bundan əlavə olaraq saatın ümumi qiymətinə onun yığılması, test olunması və proqram təminatı da daxildir. Lakin proqram təminatı ümumi qiymətin yalnız 1%-ni təşkil edir. Beləliklə analitiklərin məlumatlarına əsasən 1 ədəd Watch Series 6 smart saatı Apple şirkətinə 136$-a başa gəlir. Buna baxmayaraq saatın rəsmi qiyməti 400$-dan başlayır. Qeyd etmək lazımdır ki, saatın yekun qiymətinə şirkətin reklam, marketinq və s. kimi xərcləri daxil edilməyib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
