Logo
    main-post-cover

    'Waymo' şirkəti pilotsuz avtomobili təcrübədən keçirtdi (VİDEO)

    Elm & Texnologiya
    14.03.2018
    Emil
    “Alphabet” şirkətinə daxil olan və pilotsuz avtomobillər üçün texnologiyalar istehsal edən “Waymo” şirkəti maraqlı video paylaşıb.
        Həmin videoda təcrübə iştirakçıları sükan arxasında sürücünün olmadığı pilotsuz avtomobildə səyahət edirlər. Bu barədə The Verge saytı xəbər verib. Sözügedən video Arizona ştatında çəkilib. Videoda pilotsuz avtomobil sərnişinləri avtomobilin hərəkətini izləyir, yatır və smartfonda öz işlərini görürlər. Onlar bütün bunları edən zaman isə sükan arxasında insan iştirakı olmadan avtomobil tamamilə avtomatik rejimdə hərəkət edir. Şirkətin bildirdiyinə görə bu cür avtomobillərin istifadəsi tamamilə təhükəsizdir.

    Paylaş
    Bənzər xəbərlər